YENİ 100 MANATLIQ PUL BURAXILIR - Mərkəzi Bank açıqlama yaydı + FOTO
İQTİSADİYYAT
15.04.2026, 10:56
İyulun 15-dən Azərbaycan Mərkəzi Bankı tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxacaq.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bank mlumat yayıb.
Bildirilib ki, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparır. AMB beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlamış və 2021-ci ildən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.
Proseslərin davamı olaraq, "İqtisadiyyat və İnkişaf" mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Bu pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Flow Prime" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində AMB-nin sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.
Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şamaxı Muay Tay klubuna direktor və Baş məşqçi təyin olunub - FOTO
Bugün, 23:21 İDMAN
-
Bakı Neft Terminalı ərazisindəki yanğın söndürüldü - VİDEO (Yenilənib )
Bugün, 19:12 GÜNDƏM
-
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Bugün, 18:04 GÜNDƏM
-
Çingiz Əlioğlu vəfat etdi - Nazirlik açıqlama yaydı (Yenilənib)
Bugün, 14:35 MƏDƏNİYYƏT
-
Bakıda magistral yolda qaçan cins atlar kimindir? - VİDEO
Bugün, 12:28 CƏMİYYƏT
-
Sabah hava yağışlı olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
İlham Əliyev Sinqapurun prezidentinə məktub göndərib - MƏTN
Bugün, 11:19 GÜNDƏM
-
Daha iki vəkil həbs olunub
Bugün, 09:55 KRİMİNAL
-
Xocavənddə buldozer minaya düşüb
08.08.2026, 21:07 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEVLƏ TRAMP TELEFONDA DANIŞDI: nələr müzakirə olunub?
08.08.2026, 19:42 GÜNDƏM
-
İrandan ölkəmizə PUA ilə göndərilən narkotik... - Saxlanılanlar var + VİDEO
08.08.2026, 18:11 KRİMİNAL
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
08.08.2026, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
08.08.2026, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
08.08.2026, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
08.08.2026, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
08.08.2026, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
08.08.2026, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
08.08.2026, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
08.08.2026, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
08.08.2026, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
08.08.2026, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
08.08.2026, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
08.08.2026, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
08.08.2026, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
08.08.2026, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
08.08.2026, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM