AAK UNEC-ə qarşı? - 6 aydır müddəti bitən şura ilə bağlı qərar niyə verilmədi?

AAK UNEC-ə qarşı? - 6 aydır müddəti bitən şura ilə bağlı qərar niyə verilmədi?

GÜNDƏM

Bugün, 09:54

Ali Attestasiya Komissiyası (AAK) UNEC-in ötən ilin noyabrında müddəti bitən Dissertasiya Şurasının müddətini bu günədək uzatmayıb.

Mia.az xəbər verir ki, qalan bütün üniversitet və institutlardakı şuralar haqda isə əks qərar verilib. Yəni, müddət uzadılıb.

Maraqlıdır, aradan təxminən 6 ay ötsə də, AAK hələ də iqtisadiyyat elminin onurğa sütunu sayılan UNEC-lə bağlı qərara göridönüş etməyib.

Digər maraqlı məqamlardan biri də budur ki, UNEC-in müəllimlərinin professor elmi adının AAK tərəfindən təsdiqlənməsinin ləngidildiyi də deyilir. Hətta xəbər var ki, ötən il iqtisadiyyat üzrə professor elmi adı alanların az qala 50 faizi, bu ilin ilk rübü ərzində isə 100 faizi Kooperasiya Universitetinin payına düşüb. Lakin bu sahə üzrə də UNEC arxa planda saxlanılıb.

Məlumat üçün bildirək ki, AAK-ın iqtisadiyyat üzrə Ekspert Şurasında UNEC-in qocaman müəllimləri, o cümlədən tanınmış YAP-çı Əli Əlirzayev, o cümlədən vaxtilə mərhum Heydər Əliyevin AZAL rəhbərliyindən uzaqlaşdırdığı, sonradan Müsavat Partiyası sıralarına qatılmış Ədalət Əliyev də təmsil olunur.

Mia.az-a verilən məlumata görə, AAK-ın bu qərarı UNEC-in tədqiqatçı statusunun itirilməsinə də zəmin yarada bilər.

Məsələyə tərəflərin münasibətini də əlavə etməyə hazırıq.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR