Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"
CƏMİYYƏT
Bugün, 17:43
"Bakıda su təsərrüfatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri qanunsuz qoşulmalar və mühafizə zonalarında aparılan tikintilərdir".
Mia.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib. Onun sözlərinə görə, kollektorların və su magistrallarının üzərində tikilən evlər həm mövcud problemlərin yaranmasına səbəb olur, həm də sistemin istismarını çətinləşdirir: "Qanunsuz qoşulmalar, kollektorların və ya su magistrallarının üzərində tikilmiş evlər bizim üçün həm hazırda müşahidə etdiyimiz problemlərin yaranmasına səbəb olur, həm də ciddi fəsadlar yaradır. Bu hallar həmin xətlərin istismarında böyük çətinliklər yaradır. Amma bu məsələni yalnız su itkisi kimi qiymətləndirməməliyik. Çünki hazırda suyun böyük hissəsi məhz belə qanunsuz qoşulmalar vasitəsilə istifadə olunur və bu, sistemdə ciddi itkilərə səbəb olur. Bunun başqa fəsadları da var. Qanunsuz qoşulmaların olduğu yerlərdə sızmalar baş verə bilər, yaxud borular başqa bir nöqtədə partlaya bilər. Belə hallarda su yerin altı ilə hərəkət edərək tam başqa bir ərazidə üzə çıxır. Biz həmin qoşulmalar barədə məlumatlı olmadığımız üçün problem tam fərqli bir yerdə ortaya çıxır. Halbuki problemin mənbəyi hansısa qanunsuz qoşulma olur". ADSEA sədri əlavə edib ki, digər ciddi problemlərdən biri də Abşeron yarımadasında mövcud təbii su hövzələri ilə bağlıdır: "Yarımadada 300-dən çox göl var və bu göllər təbii su toplayıcı funksiyası daşıyır. Son 25 ildə quraqlıq dövrlərində bəzi göllər qurudularaq həmin ərazilərdə tikintilər aparılıb və evlər satışa çıxarılıb. İnsanlar isə bu evlərin ucuzluğuna aldanaraq onları alırlar. Lakin güclü yağışlar zamanı həmin ərazilər yenidən su toplayır və nəticədə evlər su altında qalır". Onun sözlərinə görə, bu cür hallar kollektor sisteminə əlavə yük yaradır və problemlərin zəncirvari şəkildə yayılmasına səbəb olur: "Məsələn, Keşlədə yaranan problemlərdən biri də məhz bununla bağlıdır. Bir ərazidə yığılan su kollektorlara yönəldilir və nəticədə sistem həddindən artıq yüklənir. Bu isə başqa ərazilərdə də problemlərin yaranmasına gətirib çıxarır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Praqmatizmə dönüş: Hindistan Türkiyə və Azərbaycanla münasibətləri niyə yenidən qurur?
Bugün, 18:01 SİYASƏT
-
Zakir İbrahimov vitse-prezident, oğlu isə... - "AzerGold"un rəhbəri İsgəndər Xəlilovun oğlunun müavini oldu
Bugün, 17:56 İDMAN
-
Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"
Bugün, 17:43 CƏMİYYƏT
-
XİN: "Tehrandakı səfirliyimiz fəaliyyətini bərpa edib"
Bugün, 16:55 SİYASƏT
-
52 şagird buraxılış imtahanı verdi - 3 nəfər zaldan xaric olundu
Bugün, 15:02 GÜNDƏM
-
Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub
Bugün, 11:27 MƏDƏNİYYƏT
-
20 milyonluq Quba-Qonaqkənd yolu dağılıb? - FHN açıqlama yaydı (VİDEO)
Bugün, 11:20 CƏMİYYƏT
-
Mehriban Əliyeva xrstian icmasını belə təbrik etdi - FOTO
Bugün, 09:00 GÜNDƏM
-
İSLAMABADDA 14 SAATLIQ GÖRÜŞ NƏTİCƏSİZ BİTDİ: ABŞ Vitse-prezidenti ölkəni tərk etdi, Tramp və İrandan açıqlamalar (YENİLƏNİB)
Bugün, 08:54 GÜNDƏM
-
Masazırda bir evdə iki qadın öldürülüb - Açıqlamalar (Yenilənib)
11.04.2026, 18:24 KRİMİNAL
-
"Qarabağ" "Şamaxı" ilə heç-heçə etdi
11.04.2026, 17:41 İDMAN
-
""Ulduz"lu görüşlər"in qonağı Rəşad Məcid olub - FOTOLAR
11.04.2026, 15:54 MƏDƏNİYYƏT
-
Hikmət Hacıyev Ermənistan QHT rəhbərləri ilə görüşdə: "Sülh gündəliyi üzrə..." - FOTOLAR
11.04.2026, 14:57 SİYASƏT
-
Sabah yağış yağacaq
11.04.2026, 13:10 CƏMİYYƏT
-
Sosial şəbəkələrin “Enoor”u... - İnsan alveri maddəsi ilə həbs edildi
11.04.2026, 12:16 KRİMİNAL
-
Tərtərdə dönərdən zəhərlənənlər var
11.04.2026, 12:08 CƏMİYYƏT
-
Livan və İsrail arasında Vaşinqtonda ilk təmas: nələr ola bilər? - TƏHLİL
11.04.2026, 11:32 SİYASƏT
-
Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir
11.04.2026, 11:12 İQTİSADİYYAT
-
GENERALIN 2.8 MİLYONLUQ SEXİ MÜSADİRƏ EDİLDİ - Detallar (FOTOLAR)
11.04.2026, 11:04 İQTİSADİYYAT
-
İslamı dünyaya sevdirən film: “The Message” - Səhrada doğulan ilahi səs...
11.04.2026, 10:47 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti 5 dollar ucuzlaşdı
11.04.2026, 10:39 İQTİSADİYYAT
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə: şərti terrorçu zərərsizləşdirilib, qrup rəhbəri ələ keçirilib - VİDEO, FOTOLAR
11.04.2026, 10:11 GÜNDƏM
-
Prezident İlham Əliyev Gürcüstanda xatirə kitabına nə yazıb? - VİDEO
11.04.2026, 09:29 GÜNDƏM
-
İranın 80-dən çox heyətlə Pakistana yollanıb
11.04.2026, 09:15 DÜNYA
-
Xəzər dənizində zəlzələ olub
11.04.2026, 09:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.04.2026, 00:06 CƏMİYYƏT
-
Şahbaz Şərif: “İslamabadda İran danışıqları həlledici andır, ya ölüm, ya qalım…”
10.04.2026, 23:15 GÜNDƏM
-
Füzuli Məmmədov Mia.az-ın suallarını cavablandırdı: "3:1-dən sonra artıq oyun bizim idi" - VİDEO
10.04.2026, 20:23 İDMAN
-
Azər Bağırov: "Məğlubiyyətin səbəbi psixoloji amillərlə də bağlıdır" - VİDEO
10.04.2026, 19:45 İDMAN
-
Ermənistan QHT rəhbərləri Azərbaycanda: dəyirmi masa keçirilib - FOTOLAR (Yenilənib)
10.04.2026, 19:13 SİYASƏT
-
Pakistan batmaq üzrə ola gəmidən 18 heyət üzvünü xilas edib
10.04.2026, 19:04 DÜNYA
-
SOCAR prezidenti müsabiqə qalibləri ilə görüşüb
10.04.2026, 19:02 İQTİSADİYYAT
-
Qaradağda əməliyat: iki nəfər 42 kq narkotiklə tutulub
10.04.2026, 18:01 KRİMİNAL
-
Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - FOTOLAR
10.04.2026, 17:39 GÜNDƏM