ABŞ vitse-prezienti Budapeştdən Aİ liderlərinə səsləndi: “Ondan nümunə götürün”

ABŞ vitse-prezienti Budapeştdən Aİ liderlərinə səsləndi: “Ondan nümunə götürün”

GÜNDƏM

Bugün, 19:54

“ABŞ İranla bağlı hərbi məqsədlərinə böyük ölçüdə çatıb”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti JD Vance Macarıstanın Baş naziri Viktor Orbanla görüşündən sonra Budapeştdə keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu barədə Trapın da mövqeyi aydındır: "Prezident Trampın dediyi kimi, bu müharibə çox tezliklə bitəcək".
Daha sonra çıxışında Orbanın liderliyini tərifləyən Amerikalı rəsmi Macarıstanı enerji siyasətində və Qərb dəyərlərində nümunə kimi göstərib: “ABŞ Prezidenti Donald Tramp və Orban arasında mükəmməl münasibətlər var. Bu iki liderin birlikdə böyük işlər görür. Mən bu gün buradan Brüsselə (Avropa İttifaqını nəzərdə tutur – Mia.az) xüsusən də Brüsseldəki macar xalqını boğmaq üçün əllərindən gələni edən bürokratlara səslənir, demək istəyirəm ki, səhv yoldasınız. Orbanın Macarıstandakı liderliyinin qitə üçün bir modeldir, ondan öyrənin!”
Vance daha sonra bildirib ki, ABŞ Avropanın uğur qazanmasını istəyir: “Avropadakı ailələrin evlərini isitmələrini və gözəl şeylər düşnmələri və inşa etmələrini istəyirik. Avropanın enerji baxımından müstəqil və hətta güclü olmasını istəyirik. Ancaq bilməlidirlər ki, keçmişin uğursuz siyasətini davam etdirməklə enerji təhlükəsizliyinə nail olmaq mümkün deyil. Bu gün Orban daha yaxşı, daha firavan və enerji baxımından təhlükəsiz Avropaya gedən yolu müəyyənləşdirməkdə əla nümunədir. Lakin Brüsseldəki bəzi bürokratlar Macarıstan iqtisadiyyatını məhv etməyə çalışırlar. Onlar bütün bunları bu adamdan nifrət etdikləri üçün etdilər, amma düşünürəm ki, Macarıstan xalqının etməli olduğu şey özlərinə sual verməkdir: Kim Avropayönlü, yoxsa Avropa əleyhinə, kim ABŞ-yönlü, yoxsa ABŞ əleyhinədir? Kim sizin tərəfinizdədir?
 Təcrübəmdə Macarıstanın maraqlarını son dərəcə güclü şəkildə müdafiə edən birini görmüşəm. Mən bu seçki dövründə ona kömək etmək üçün buradayam."
 Samir MUSAYEV
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR