"Dedilər ki, burada nazir müavininin köməkçisinin köməkçisi əyləşəcək"

"Dedilər ki, burada nazir müavininin köməkçisinin köməkçisi əyləşəcək"

MƏDƏNİYYƏT

07.04.2026, 09:04

Xalq yazıçısı Natiq Rəsulzadə Xalq artisti Rasim Balayevlə vida mərasimində başına gələn hadisədən yazıb.

Mia.az Yenicag-a istinadla xəbər verir ki, N. Rəsulzadə bu barədə sosial media hesabında paylaşım edib.

Yazıçı oturduğu yerdən qalxmaq məcburiyyətində qaldığını bildirib:

“Boş yerlərin birində əyləşmişdim ki, birdən üstümə iki qız cumdu… Hər ikisi, görünür, məmur idi.

– Yox, yox, burada oturmayın! – deyə isterik, amma alçaq səslə çığırışdılar. – Yerinizi dəyişin! Burada nazir müavininin köməkçisinin köməkçisi əyləşəcək, yanında isə müavinin müavini”.

“Aman Allahım, sən özün bizi qoru!” – Xalq yazıçısı qeyd edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR