Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"

img

13-03-2026 [00:05]


"Səhvinizi etiraf edib, bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sərt mesajı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Trampın son təhdidvari açıqlamalarına cavab olaraq verib.

Laricani ABŞ prezidenti Donald Trampın İranla müharibəni tez bir zamanda qazanacaqları haqda dediklərini gülünc sayıb: "Tramp bir daha dedi ki, bu müharibədə tez bir zamanda qələbə qazanmalıyıq. Müharibəyə başlamaq asandır, amma onu bir neçə tvitlə bitmək olmaz. Bilin, səhvinizi etiraf edib bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq".

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA