Onlar indi hardadır?
SİYASƏT
11.03.2026, 11:19
Son aylarda bəzi məmurların yüksək vəzifələrdən azad edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə də Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icraçı direktoru Vüqar Qurbanovun vəzifələrindən azad olunması ictimai diqqəti onlara yönəldib. Bu qərarların arxasında hansı səbəblərin dayandığı barədə müxtəlif versiyalar səsləndirilir.
Hər üç eks-məmur uzun müddət dövlət idarəçiliyində mühüm postlar tutub və onların rəhbərlik etdiyi qurumlar ölkənin strateji sahələrini əhatə edib.
Modern.az-a verilən məlumata görə, onların vəzifədən azad edilmələri təkcə siyasi qərar kimi deyil, həm də idarəetmədə yol verilən qüsurların aradan qaldırılması və mümkün dəyişikliklərin siqnalı kimi qiymətləndirilməlidir.
Fuad Nəcəfli 2022-ci ilin dekabrından 2025-ci ilin noyabrınadək, Saleh Məmmədov 2017-ci ilin dekabrından 2026-cı ilin fevralınadək, Vüqar Qurbanov isə 2022-ci ilin sentyabrından 2026-cı ilin fevralına kimi məlum vəzifələrdə çalışıb.
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmiş Fuad Nəcəflinin fəaliyyəti bəzi dairələrdə müsbət qiymətləndirilsə də, digər tərəfdən onun dövründə qəbul edilən qərarların bir hissəsi ilə bağlı sualların olduğu qeyd olunur. Naxçıvan uzun illər ölkənin xüsusi idarəetmə modeli ilə seçildiyindən burada aparılan islahatlar və kadr dəyişiklikləri həmişə diqqət mərkəzində olub.
Bəzi iddialara görə, Fuad Nəcəfli vəzifədən azad edildikdən sonra bir neçə cinayət işi üzrə istintaqa ifadə verib. Qeyd olunur ki, Naxçıvanda aparılan audit yoxlamaları zamanı dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi pozuntular aşkarlanıb və bu materialların hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir. Fuad Nəcəflinin dövründə aşkarlanan maliyyə pozuntuları üzrə araşdırmaların davam etdirildiyi qeyd olunur.
Bildirilir ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib, onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Bununla yanaşı, eks-səlahiyyətli nümayəndənin adı mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə də hallanır.
Uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rəhbərlik etmiş Saleh Məmmədovun fəaliyyəti də ictimai müzakirə mövzusu olaraq qalmaqdadır. Ölkədə son illərdə çoxsaylı avtomobil yollarının tikilməsi və yenidən qurulması həyata keçirilsə də, bəzi layihələrin dəyəri, tender prosedurları və tikinti keyfiyyəti ilə bağlı suallar səsləndirilirir.
Ekspertlər hesab edir ki, yol infrastrukturu sahəsi böyük maliyyə vəsaitlərinin dövr etdiyi sahələrdən biridir. Bu sahədə korrupsiya və mənimsəmələrə yol verilməsi halları istisna edilmir.
Keçmiş sədr Saleh Məmmədovun dövründə təmirə və yenidənqurmaya ehtiyacı olan yolların diqqətdən kənarda qalması, yol təsərrüfatının inkişafı üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsindəki sual doğuran məqamlar, tender qalmaqalları tez-tez gündəmə gətirilirdi. Saleh Məmmədovun əməlisaleh məmur olmadığı və yol verdiyi qanunazidd hərkətlərlə əlaqədar keçmiş fəaliyyətinin araşdırıldığı bildirilir.
Səhiyyə sistemində əsas idarəedici qurumlardan biri olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də son illərdə geniş dəyişikliklər dövründən keçib. Bu quruma rəhbərlik etmiş Vüqar Qurbanovun fəaliyyəti dövründə tibbi xidmətlərin təşkilində müəyyən yeniliklər tətbiq olunsa da, bəzi tənqidlər də səsləndirilirdi.
Sosial şəbəkələrdə və mediada səhiyyə müəssisələrinin maliyyə idarəçiliyi, kadr siyasəti və xidmət keyfiyyəti ilə bağlı müxtəlif iddialar gündəmə gətirilib. Rəsmi qurumlar isə bu iddiaların böyük hissəsini şərh etmədən saxlayıb.
Mediada yayılan bəzi məlumatlarda qeyd olunur ki, hazırda adı çəkilən şəxslərin fəaliyyətinin hüquqi qiymətləndirilməsi aparılır. Bununla belə, hazırda rəsmi səviyyədə onların barəsində cinayət işinin başlanması barədə açıq məlumat yoxdur. Hüquqşünaslar bildirirlər ki, belə hallarda hüquqi proses yalnız müvafiq araşdırmalar başa çatdıqdan sonra mümkün olur.
Səslənən iddialarla yanaşı, sözügedən kadr dəyişikliklərini dövlət idarəçiliyində daha geniş yenilənmə prosesinin bir hissəsi kimi dəyərləndirənlər də var. Onların fikrincə, son illərdə müxtəlif dövlət qurumlarında aparılan struktur dəyişiklikləri idarəetmənin səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədi daşıyır.
Digər tərəfdən, ictimaiyyət üçün əsas sual açıq qalır: bu vəzifə dəyişiklikləri sadəcə kadr rotasiyasıdır, yoxsa gələcək hüquqi proseslərin başlanğıcı?
Hazırda cəmiyyət bu sualın cavabını gözləyir. Əgər səsləndirilən iddialarla bağlı rəsmi araşdırmalar başlanıbsa, bu, dövlət idarəçiliyində hesabatlılıq və məsuliyyət məsələlərinin daha ciddi şəkildə gündəmə gəlməsinə səbəb ola bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vinçenzo Montella: "Tənqidlərə biraz diqqət yetirilməlidir"
Bugün, 11:19 İDMAN
-
Messi İspaniya ikinci liqasından klub satın aldı
Bugün, 11:15 İDMAN
-
İdman Akademiyasına prorektorların sayı artırıldı
Bugün, 10:58 CƏMİYYƏT
-
Zakir Həsənovla Türkiyə Respublikasının milli müdafiə naziri Şuşada görüşdü - Nələr müzakirə olunub?
Bugün, 10:46 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA: "Bu partiya Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - "Heydər Əliyev heç vaxt imkan verməzdi ki..." + FOTOLAR (YENİLƏNİR)
Bugün, 10:23 GÜNDƏM
-
Kəlbəcərə sulu qar, rayonlara leysan yağır
Bugün, 10:22 CƏMİYYƏT
-
"Bizim üçün bu, strateji aktivdir və..." - Hikmət Hacıyevdən qonşu dövlətlərə mesaj
Bugün, 10:04 GÜNDƏM
-
Prezidentin köməkçisi Regional Forumda: "Bu gün regionda de-fakto sülh mövcuddur" - "Ermənistan hökuməti öz cəmiyyətini sülhə hazırlamalıdır"
Bugün, 09:59 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 125 dollara qalxdı
Bugün, 09:50 İQTİSADİYYAT
-
Cənubi Koreya ilə Ukrayna arasında gərginlik - Rəsmi Kiyevə üzr tələbi var
Bugün, 09:50 DÜNYA
-
Elon Mask Tramp administrasiyasına geri dönür
Bugün, 09:34 DÜNYA
-
Türkiyədə daha bir müxalif bələdiyyə sədri saxlanılıb
Bugün, 09:26 SİYASƏT
-
YAP-ın qocaman funksioneri: "İnanıram ki, YAP-ın rəhbər strukturlarında əqidəsiz və mövqesiz adamlar ifşa ediləcək"
Bugün, 09:24 SİYASƏT
-
Putin "Valday"da: "Marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir"
Bugün, 09:08 SİYASƏT
-
"İranı məhv etməklə dünyaya sülh gətirdik" - "Bir il əvvəl təsdiqləyəcəyim sazişi indi təsdiqləmərəm"
Bugün, 09:00 GÜNDƏM
-
MHP lideri 2.2 milyardlıq qalmaqal münasibətdən yayındı: "Buna şərh vermirəm"
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Sumqayıtda 31 yaşlı qadın öldürülüb
01.10.2026, 23:53 KRİMİNAL
-
Ərdoğanı parlamentdə "boykot" edən Yeni Partiya lideri rəsmi qəbula da qatılmadı
01.10.2026, 23:53 SİYASƏT
-
TÜRKİYƏDƏ İKİ MƏŞHUR HAKİM QANDALANDI
01.10.2026, 22:56 GÜNDƏM
-
"Bu, Parlament və Türkiyə Prezidenti vəzifəsinə hörmətsizlikdir"
01.10.2026, 22:43 DÜNYA
-
15 gün əvvəl mətbuat katibi təyin olunan Axundov vəzifədən ayrıldı
01.10.2026, 22:14 PRESS
-
Millətlər Liqası: Azərbaycan yığması bir xal qazandı (YENİLƏNİR)
01.10.2026, 21:53 İDMAN
-
Azərbaycanla Avropa İttifaqı arasında yeni danışıqlar başlayıb - FOTOLAR
01.10.2026, 21:45 GÜNDƏM
-
Daha bir məşhur hücumçu milli komanda ilə vidalaşır
01.10.2026, 21:21 İDMAN
-
NATO Baş Katibi: "Rusiya və Çin müdafiə sənayesində sürətlə irəliləyir..." - "Əlbəttə, Putin bizi qorxutmur"
01.10.2026, 21:15 GÜNDƏM
-
AZƏRBAYCAN ƏSGƏRİ ERMƏNİSTANDA SAXLANILDI - Rəsmi açıqlama yayıldı
01.10.2026, 19:10 GÜNDƏM
-
Tramp: "Eşitdiyim hekayə budur, doğru olub-olmadığını bilmirəm"
01.10.2026, 18:41 DÜNYA
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
01.10.2026, 18:08 GÜNDƏM
-
NAXÇIVANDA DEPUTAT MANDATDAN MƏHRUM EDİLDİ - Nə baş verir?
01.10.2026, 17:45 GÜNDƏM
-
Hikmət Hacıyev: "Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və..."
01.10.2026, 17:34 SİYASƏT
-
Rusiya ilə Macarıstan arasında böhran - Moskva diplomatlara iki həftə vaxt verdi
01.10.2026, 17:15 DÜNYA
-
Gəncədə 5 şagird zəhərlənib (Açıqlama)
01.10.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
01.10.2026, 17:00 İQTİSADİYYAT