Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb

img

09-03-2026 [10:07]


Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

Mia.az xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA