Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
MƏDƏNİYYƏT
03.03.2026, 16:20
Aktrisa Nərmin Əhmədova ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı arasındakı mülki məhkəmə çəkişməsi başa çatıb.
Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi ötən gün yekun qərarını açıqlayıb.
Bu iş üzrə iddiaçı Nərmin Əhmədovadır. Aktrisa ötən ilin mayında teatrın direktoru Rəşad Əhmədzadə tərəfindən ona verilən şiddətli töhmət əmrinin ləğv edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Bundan əlavə, mənəvi ziyana görə 10 min manat təzminat tələb edib.
Cavabdeh tərəf məhkəmədə iştirak etməsə də, şikayətin təmin edilməməsini istəyib. Məhkəməyə təqdim edilmiş şiddətli töhmət verilməsi ilə bağlı əmrdə qeyd olunur ki, Nərmin Əhmədova dəfələrlə teatr rəhbəri və digər əməkdaşlarla iğtişaş salaraq hədələyici şəkildə danışıb, mübahisə zamanı qeyri-etik sözlər işlədib. Bundan əlavə, işlədiyi dövrdə edilən təkrar xəbərdarlıqlara da məhəl qoymayaraq bildiyini edib. Sonuncu dəfə isə aktrisa teatrın foyesinə vurulan şəklinin götürülməsi ilə bağlı rəhbərliklə mübahisə edib. Bütün bu səbəblərdən də ona şiddətli töhmət elan edilib.
N.Əhmədova isə məhkəmədə əmrdə yazılanlarla razılaşmayıb, haqsız olaraq şiddətli töhmət aldığını deyib. O, direktor Rəşad Əhmədzadənin onunla kobud danışdığını, əvvəllər heç bir intizam məsuliyyətinə cəlb edilmədiyini deyib.
Səbail Rayon Məhkəməsi işlə tanış olduqdan sonra aktrisanın şiddətli töhmət almasından narazılığını əsaslı hesab edib. Hakim iddia tələbini qismən təmin edib. Nərmin Əhmədovaya verilmiş şiddətli töhmət əmri ləğv olunub. Mənəvi ziyanının əvəzi olaraq 10 min manat tələbi isə rədd edilib.
Səbail Rayon Məhkəməsinin həmin qərarı apellyasiya instansiyası tərəfindən də dünən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Rəşad Əhmədzadənin həyat yoldaşı olmuş teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva bir müddət əvvəl ona qarşı təzyiqlər olduğunu bildirərək boşanma qərarı verdiyini açıqlamışdı. Onun iddiasına görə, teatrda ailəsinə qarşı təzyiqlər edən şəxslər olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın 500 milyon dollarlıq kriptovalyutalarına “əl qoyulub” - Vaşinqtondan sərt xəbərdarlıq
Bugün, 09:22 İQTİSADİYYAT
-
Masallıda 24 yaşlı gənc 14 kiloqram narkotiklə saxlanılıb
Bugün, 09:17 KRİMİNAL
-
Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri (TƏHLİL)
Bugün, 08:35 GÜNDƏM
-
Neft qiymətləri kəskin qalxdı – Dünya neft bazarı çalxalanır
Bugün, 08:28 İQTİSADİYYAT
-
Trampın qızıldan heykəli – 330 min dollara başa gələn abidə tənqid edildi (FOTO)
Bugün, 08:27 GÜNDƏM
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 08:13 GÜNDƏM
-
TRAMP PUTİNLƏ 1.5 SAATLIQ GÖRÜŞDƏN DANIŞDI: “Ukrayna məğlub olub” - "Rusiya İranın nüvə silahına sahib olmasını istəmir"
Bugün, 00:13 GÜNDƏM
-
RƏSMİ TEHRAN ABŞ-ın GİZLİ PLANINI AÇDI: “Düşmən yeni mərhələyə keçdi, ölkəni daxildən məhv etmək istəyirlər”
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentin köməkçisi Santamaria ilə görüşdə: "Ölkələrimiz arasında siyasi dialoq..." - FOTO
29.04.2026, 23:56 SİYASƏT
-
ABŞ liderindən İrana çox sərt replika: "Vəziyyətləri daha da pisləşəcək"
29.04.2026, 21:44 GÜNDƏM
-
Hakan Fidan Avropa ölkəsində: “Daha nəyi gözləyirsiniz?”
29.04.2026, 21:03 SİYASƏT
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
29.04.2026, 21:03 GÜNDƏM
-
Tehranda Ali liderə sədaqət yürüşü keçirildi
29.04.2026, 19:13 DÜNYA
-
Türkiyə kuboku: final oyununun tarixi dəyişdi
29.04.2026, 18:45 İDMAN
-
Azərbaycan nümayəndə heyəti Ermənistanda: nələr razılaşdırıldı? - FOTOLAR (YENİLƏNİB)
29.04.2026, 18:03 GÜNDƏM
-
Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə... (Yenilənib)
29.04.2026, 17:48 KRİMİNAL
-
Onlar da sertifikasiyaya cəlb olunacaq
29.04.2026, 17:39 MƏDƏNİYYƏT
-
Konfrans Liqası: “Şaxtyor”un oyunu hansı kanalda yayımlanacaq?
29.04.2026, 17:32 İDMAN
-
Dövlət Agentliyində müavin təyinatı olub
29.04.2026, 17:16 CƏMİYYƏT
-
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR
29.04.2026, 17:12 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir Əməkdaşlıq Sazişini təsdiqləyib
29.04.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
29.04.2026, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev fərman imzalayıb - DƏYİŞİKLİK
29.04.2026, 16:49 GÜNDƏM
-
İranın milli pulu “yerlə sürünür” – Dollar elə səviyyəyə qalxdı ki…
29.04.2026, 16:26 İQTİSADİYYAT
-
Deputatdan etiraz: "1000 manat borca görə ölkədən çıxışa qadağaya nə ehtiyac var?”
29.04.2026, 16:21 SİYASƏT
-
“Temu”dan gətirilən məhsulların yoxlanışı niyə gecikir? - Gömrük rəhbəri iddialara belə cavab verdi
29.04.2026, 16:16 İQTİSADİYYAT
-
Flora Kərimova: "Başım gicəlləndi, yerə yıxıldım"
29.04.2026, 16:10 MƏDƏNİYYƏT
-
Müğənni: "Qonşu həmişə bizdən şikayət edir"
29.04.2026, 15:46 ŞOU-BİZNES
-
Kürün üstündəki ödənişli körpü dağıldı - VİDEO
29.04.2026, 15:42 CƏMİYYƏT
-
OPEC və OPEC+ dağılır? - TƏHLİL
29.04.2026, 15:33 İQTİSADİYYAT
-
Sabiq rəis və sektor müdirinin məhkəməsi davam edir
29.04.2026, 15:27 KRİMİNAL
-
AFFA iki klubu cərimələyib
29.04.2026, 15:08 İDMAN
-
YEZNƏ, ƏMİOĞLU, XALAOĞLU... - AAYDA-nın sabiq sədrinin qohumları "vuruldu", Agentlik yenidən təşkil edilir? (YENİLƏNİB)
29.04.2026, 14:59 GÜNDƏM