"BİZ MÜHARİBƏ İSTƏMİRİK, ANCAQ..." - İran Prezidenti ABŞ-ın planını açıqladı

img

19-02-2026 [00:19]


"ABŞ-ın müxtəlif ölkələrin təbii sərvətlərini ələ keçirmək istəyir. Və bəzi ölkələrdə də buna nail olub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Lorestan əyalətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə deyib.

Pezeşkian ABŞ-ın İranda demokratiya ilə bağlı narahatlığının boş, yalançı  aldatmadan başqa bir şey olmadığını təkrar-təkrar dilə gətirib: "ABŞ açıq şəkildə Venesuelanın neftini ələ keçirmək istədiyini dedi və etdi. Kanada və digər ölkələrə də oxşar münasibət bəsləyir. Onlaırn məqsədi sərvətlərə güc yolu ilə sahiblənməkdir"

İran prezidenti bildirib ki, ABŞ-la savaşmaq istəmirlər: "Müharibəni kənara qoymalıyıq. Lakin, əgər bizə zorla tətbiq olunarsa, biz təslim olmayacağıq".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA