DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”

img

15-01-2026 [14:09]


Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil.

Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycanda kişilər və qadınların pensiya yaşı bərabərləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA