“Birmarket”ə direktor təyin edilib

img

13-01-2026 [14:48]


“PASHA Holding” MMC-yə daxil olan onlayn ticarət platforması “Birmarket”ə (əvvəlki Umico) yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, “PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu “Competo” MMC-nin, yəni “Birmarket” platformasının direktoru təyin edilib.

O, bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəzləyib.

Xatırladaq ki, “Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 mln. manat nizamnamə kapitalı var. “Birmarket” (əvvəlki Umico) “PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platformasıdır. Platforma istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA