İsrail Livanı bombalayıb

img

16-10-2025 [23:11]


İsrail ordusu bu gün Livanın cənub və şərqindəki qəsəbələrə zərbələr endiirb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Bildirildiyinə görə, İsrail ordusu Livanın cənubundakı Nəbatiyə, Səidə, Mərcayun və Bint Cbeil şəhərlərini, həmçinin şərqdəki Bekaa bölgəsindəki Baalbekiyə ümumilikdə 9 hava zərbəsi həyata keçirib: "İsrail döyüş təyyarələri hətta karxanaları və sement fabriklərini də vurub".

Agentlik bundan başqa İsrail PUA-larının da ölkənin müxtəlif bölgələrində yol və ictimai binaları vurduğunu yazıb.

İtkilər barədə isə informasiya verilmir.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA