FİFA daha iki türk klubuna ağır cəza verdi - Transfer hüquqları alındı

FİFA daha iki türk klubuna ağır cəza verdi - Transfer hüquqları alındı

İDMAN

06.10.2025, 14:24

Beynəlxalq Futbol Federasiyası (FİFA) Türkiyə Super Liqasında çıxış edən iki komandanı cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, FİFA-nın qərarına əsasən, "Kayserispor" və "Eyüpspor"a transfer qadağası qoyulub.

Qərarda deyilir ki, bundan sonra "Kayserispor" 3 il, "Eyüpspor" isə müddətsiz transfer haqlarından məhrum olunacaqlar.

Bundan başqa, FİFA Türkiyə futboluna maliyyə nəzarətini gücləndirəcəkəri haqda xəbərdarlıq edib. 

Xatırladaq ki, FİFA sentyabr ayında  “Antalyaspor”a transfer qadağası tətbiq edib.

Bu qərarların səbəbi isə Super Liqa komandalarının keçmiş futbolçulara və futbolçu transfer etdikləri digər klublara olan borclarını vaxtında ödəməməsidir.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR