Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi

img

02-10-2025 [15:09]


Elm və Təhsil Nazirliyində yeni kadr təyinatları olub.

Məlumata görə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

E.Nəsibovun vəzifəsi müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

Qeyd edək ki, dünən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da öz ərizəsi ilə vəzifəsindən azad olunub. Vəzifənin müvəqqəti icrası agentliyin direktor müavini Simnar Mamedova həvalə olunub(lent)

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA