İndoneziyada qızılca epidemiyası: 17 nəfər ölüb

img

27-08-2025 [21:52]


İndoneziyanın Şərqi Yava əyalətində qızılca epidemiyası sürətlə yayılmaqdadır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə təşkilatları həyəcan təbili çalırlar.

Məlumata görə,  Şərqi Yava əyalətinin Sumenep bölgəsində qızılca epidemiyası son  bir ayda əksəriyyəti uşaq olan 17 nəfərin ölümünə səbəb olub.

İndoneziyanın Səhiyyə naziri Budi Qunadi Sadikin yoluxmaların artmasını COVID-19 pandemiyası zamanı kəsilən peyvənd proqramları ilə bağlayıb: "Qızılcanın qarşısını peyvəndlə almaq olar. COVİD vaxtı biz buna məcburən ara verdik. İndisə yenidən qızılcaya qarşı peyvənd kampaniyasını gücləndirməliyik..."

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA