Xorxe Kosta vəfat edib

img

06-08-2025 [21:25]


Portuqaliyanın "Porto" klubunun sabiq kapitanı Xorxe Kosta 53 yaşında ürək tutmasından vəfat edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Porto"dan verilən açıqlamada klubun məşq ərazisində dünyasını dəyişən Kosta üçün sabah Draqao stadionunda ictimaiyyətlə vida mərasiminin keçiriləcəyi bildirilib.

2006-cı ildə futbolçu karyerasını başa vuran Kosta "Braqa"da baş məşqçi köməkçisi kimi fəaliyyətə başlayıb və son olaraq Portoda baş direktor vəzifəsində çalışıb.

Fərid

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA