Musiqili “Qaynar xətlər”imiz… - TƏBRİZ VƏFALI YAZIR
YAZARLAR
11.07.2025, 09:11
Təbriz VƏFALI
***
Son illərdə ölkəmizdə telekommunikasiya sahəsində özünü büruzə verən sürətli inkişafın, həmçinin mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafının nəticəsidir ki, Azərbaycanda sabit telefon xətlərindən mobil telefon rabitəsinə və internetə keçid və bu sahələrin ilbəil genişlənməsi respublikamızın informasiya texnologiyaları infrastrukturunun inkişafına güclü təkan verib.
Şübhəsiz ki, həm dövlət orqanları, həm də özəl qurumlar sözügedən imkanlardan və potensialdan geniş şəkildə istifadə etməyə çalışırlar. Bunun bariz nümunələrindən biri də “Qaynar xətt”, yaxud, “Çağrı Mərkəzi” xidmət növlərinin yaradılmasıdır.
Təbii ki, həmin xidmətlər vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, vaxt itkisinin və yol, nəqliyyat xərcləri də daxil olmaqla əlavə xərclərin minimal həddə endirilməsi, yaranmış problemlərlə bağlı vətəndaşları maraqlandıran sualların dərhal və operativ cavablandırılması, məsləhətlərin verilməsi, informasiya dəstəyinin göstərilməsi məqsədilə yaradılıb və bunun üçün xüsusi telefon nömrəsi ayrılıb.
“Qaynar xətlər”dən və “Çağrı Mərkəzləri”ndən bəziləri 24 saat fəaliyyət göstərsə də, digərləri şənbə və bazar günləri, eyni zamanda həftənin 5 günü saat 18.00-dan sonra “div yuxusu”na gedirlər.
Bəzi qurumlar sualların dərhal və operativ cavablandırlmasında aktivlik nümayiş etdirsə də, əksər “Qaynar xəttlər” və “Çağrı Mərkəzləri” vətəndaşlara bir neçə dəqiqəlik, bəzən 20-30 dəqiqə mahnı, yaxud, lirik musiqi dinlədirlər. Telefon zənglərindəki uzun-uzadı mahnlar və musiqilər zəng edənlərin əsəblərini daha çox tarıma çəkir. Çünki “Qaynar xətlər”ə, “Çağrı Mərkəzləri”nə daha çox mobil telefonlarla zəng edildiyindən həm vətəndaşlar xeyli məbləğdə kontur xərcləyirlər, həm də telefonda uzun müddət gözləmək onların ağıllarını başlarından alır.
Hələ zəng edib gözləyirsən, bir neçə dəqiqəlik mahnı və ya musiqi dinləyirsən, handan-hana telefonda deyilir ki, filan məsələylə bağlı “1” düyməsinə, bəhmənkəslə əlaqədar “2” düyməsinə, filankəsə görə “3” düyməsinə basın. Düyməni basırsan, yenə melodiya, ritmik mahnı.
Bəzi “Qaynar xətlər” və “Çağrı Mərkəzləri” isə bir neçə dəqiqəlik mahnı və musiqi dinlətdikdən sonra utanmaz-üzü qızarmaz deyirlər ki, istifadəçi məmnuniyyətini və xidmətin səviyyəsini ölçmək üçün danışıqlar qeydə alınır və dalınca yenə mahnı, yenə musiqi davam edir.
Ona görə də axırda zəng edənin səbri tükənir, minir cin atına, onu köndələninə çapa-çapa başlayır “Qaynar xətt”i, “Çağrı Mərkəzi”ni 100-ü bir qəpikdən ucuz kəlmələrlə “yad etməyə”.
Yadımdan çıxmamişkən deyim ki, xarici ölkələrdə “Musiqi Çağrı Mərkəzi” (“Call centre the musical”) yaradılıb. Bu mərkəzlər onlara müraciət edən vətəndaşlara hər hansı bir mahnı ilə bağlı məlumat almaq, musiqi dinləmək və ya musiqi ilə əlaqəli digər xidmətlərdən yararlanmaq üçün yaradılıb. İndi Azərbaycanda adı var, özü yox
“Qaynar xətlər”ini, “Çağrı Mərkəzləri”ni yaradan qurumların və təşkilatların diqqətinə çatdırıram ki, madam vətəndaşların sorğularını dərhal və operativ cavablandırmaq əvəzinə, dəqiqələrlə musiqi və mahnı dinlətmək istəyirsiniz, barı “Call centre the musical” yaradın. Ən azından vətəndaşlar biləcəklər ki, vaxtlarını və konturlarını musiqi və mahnı dinləməyə sərf edəcəklər.
Məndən demək, babalı Sərvərin boynuna…
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gəncədə daha bir qətl: 66 yaşlı kişi 65 yaşlı həmyerlisini öldürdü
Bugün, 00:03 KRİMİNAL
-
Təriqət liderinin qardaşı keçmiş DİN başçısının maşınını necə ələ keçirib? - Türkiyədə skandal olay
21.08.2026, 23:42 SİYASƏT
-
Ərdoğan onu qarşılayan CHP-li bələdiyyə sədrini AKP-yə dəvət etdi: "Gəlmək istəyirsinsə, qapımız sənə açıqdır"
21.08.2026, 23:10 SİYASƏT
-
İmişli sakinini maşın vurub öldürüb
21.08.2026, 22:56 KRİMİNAL
-
Ankarada mədən çökdü - Ölən və xəsarət alanlar var
21.08.2026, 22:51 DÜNYA
-
Rusiya Krivoy Roqa zərbə endirib - 14 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb
21.08.2026, 21:45 DÜNYA
-
Xocavənddə traktor minaya düşdü, yaralı var - AÇIQLAMALAR (YENİLƏNİB)
21.08.2026, 20:44 GÜNDƏM
-
Bozqurd əl işarəsi Azərbaycanda yaranıb - Azər HƏSƏNSOY YAZIR
21.08.2026, 20:19 SİYASƏT
-
Gəncədə 49 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı
21.08.2026, 18:36 KRİMİNAL
-
Daha bir oyunçu "Qalatasaray"dan ayrılır
21.08.2026, 18:15 İDMAN
-
Tarkan konsertinə elə qiymət qoydu ki... - İki gecə otel xərci və...
21.08.2026, 18:09 ŞOU-BİZNES
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanılıb? - VİDEO
21.08.2026, 18:00 GÜNDƏM
-
DEPUTAT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİNDƏKİ TEZİSLƏRDƏN YAZDI...
21.08.2026, 17:47 SİYASƏT
-
Hansı əhali qrupları riskli davranışa malik insanlar hesab edilir? - Açıqlama
21.08.2026, 17:40 CƏMİYYƏT
-
"Baku Electronics" MMC-nin 87 min 316 manat vergi borcu var
21.08.2026, 17:28 İQTİSADİYYAT
-
Anar Nəcəfli yeni vəzifəyə təyin olunub
21.08.2026, 17:21 PRESS
-
"Bu, yolverilməzdir" - Məktəbli formaları ilə bağlı rəsmi xəbərdarlıq
21.08.2026, 17:07 CƏMİYYƏT
-
Vəzifəli şəxslər cərimələndi
21.08.2026, 17:07 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
21.08.2026, 17:00 İQTİSADİYYAT
-
Ərəblər Cengiz Ünderə "elçi" düşüblər
21.08.2026, 16:45 İDMAN
-
Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verildi
21.08.2026, 16:20 GÜNDƏM
-
Prezident İlham Əliyev daha üç fərman imzaladı
21.08.2026, 16:08 GÜNDƏM
-
Bakıda "Ahıska türkləri-itmiş sürgünün izində" sərgisinin açılışı olub - FOTOLAR
21.08.2026, 15:59 MƏDƏNİYYƏT
-
Səadət Yusifova: "Bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır"
21.08.2026, 15:50 SİYASƏT
-
İlham Əliyev Türkmənistanla iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
21.08.2026, 15:46 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
21.08.2026, 15:24 İDMAN
-
Özgür Özəl Öcalanın "Xüsusi salamı"na belə cavab verdi
21.08.2026, 15:24 SİYASƏT
-
Daxili İşlər Nazirliyi Bakıda bu vəzifəyə kadr axtarır -Şərtlər
21.08.2026, 14:55 CƏMİYYƏT
-
16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi ilə bağl sorğu... - Nəticələr
21.08.2026, 14:26 SİYASƏT
-
"Qalatasaray" daha 3 futbolçu almağa hazırlaşır
21.08.2026, 14:18 İDMAN
-
Səhiyyə Nazirliyi qarayara xəstəliyi barədə yeni xəbər yaydı
21.08.2026, 14:12 CƏMİYYƏT
-
İCRA BAŞÇISI VƏZİFƏYƏ TƏYİN ETDİYİ MƏMURDAN 200 MİN RÜŞVƏT ALIB? - Başçı jurnalisti görüşə çağırdı - DANIŞIQLARIN VİDEOSU
21.08.2026, 14:07 CƏMİYYƏT
-
DİN-dən xəbərdarlıq: ""WhatsApp" ani mesajlaşma sistemi və..."
21.08.2026, 14:05 GÜNDƏM
-
"Peşmanam, həbsdən çıxan kimi siaysətdən gedəcəyəm" - Məşhur aktyor
21.08.2026, 13:57 GÜNDƏM