Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər

img

08-07-2025 [11:06]


Ermənistan parlamentində müxalifətçi "Ermənistan" fraksiyasının deputatı Artur Sarqsyanın çıxışından sonra dava olub.

Bunu “Ermənistan” fraksiyasından olan deputat Kristine Vardanyan canlı efirdə deyib.

Hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Vaqe Qalumyan A.Sarqsyanın çıxışından sonra ona hücum etməyə cəhd göstərib.

A.Sarqsyan parlamentin iclas zalını tərk etdikdən sonra naməlum şəxslər zala daxil olaraq deputatlara hücum ediblər. Polis onları ayırmağa çalışıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA