"Nə Türkiyə, nə də İsrail bir-birinə qarşı müharibəni gözə ala bilər" - TƏHLİL
08-04-2025 [18:21]
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.
Sitat:
“Ərdoğan Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan həqiqətən güclü və çox ağıllı insandır. Heç kimin bacara bilmədiyi şeyə nail oldu. Biz bunun haqqını verməliyik. Mən Ərdoğanı sevirəm, o da məni sevir. Mətbuatın Ərdoğanı sevməyimə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm”.
Tramp Netanyahuya Türkiyə ilə hər hansı problemi varsa, onu həll edə biləcəyini, amma məntiqli davranmalı olduğunu da deyib.
Trampın Ərdoğanla bağlı pozitiv sözlər deməsi, xüsusilə də bunu Netanyahu ilə görüşdə dilə gətirməsi diqqət çəkir. Məsələ ondadır ki, son günlərin ən çox müzakirə edilən mövzularından biri Türkiyə və İsrailin Suriyada qarşı-qarşıya gəlməsidir. Bir çoxları baş verənlərin fonunda bunun qaçılmaz olduğunu düşünürlər.
Aydın məsələdir ki, Türkiyə Bəşər Əsədin devrilməsində müstəsna rola malikdir. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın da Ankaraya yaxınlığı bəllidir. Son günlər isə Türkiyənin Suriyada daimi hərbi baza açmaq istəməsi xəbərləri, başda İsrail olmaqla regionda maraqlı qüvvələri narahat edir.
İsrail Əsəddən sonra Suriyanın İran təsirindən çıxmasından məmnun olsa da, Türkiyə təsirinə düşməsindən məmnun deyil. Son günlər Suriyaya endirilən aviazərbələr, həmçinin İsrail ordusunun bir sıra məntəqələri ələ keçirməsi Təl-Əvivin narahatlığını göstərir.
Bilinənin əksinə, Türkiyə və İsrail bu və ya başqa formada heç vaxt regionda müharibə etməyəcək:
Birincisi, İsrail və Türkiyə düşmən deyil. Türkiyə ABŞ-dan sonra İsrailin müstəqilliyini tanıyan ölkədir. İki ölkə uzun illər başda hərbi və kəşfiyyat sahələri olmaqla bir çox sahədə əməkdaşlıq edib, proses davam edir. Hətta deyərdim, Bəşər Əsədin devrilmə prosesində MİT və “Mossad” müəyyən mənada ortaq hərəkət edib.
İkincisi, nə Türkiyə, nə də İsrail bir-birinə qarşı müharibəni gözə ala bilər. İki ölkədə kifayət qədər güclüdür. Türkiyə ordusu qarşısında İsrail ordusu say etibarilə çox azdır. İsrail müdafiə müharibəsində ixtisaslaşmış olsa da, Türkiyənin hücum doktrinalarına qarşı müqavimət göstərməsi çətindir.
Lakin bu da bir həqiqətdir ki, İsraili başda ABŞ olmaqla, qərb ölkələri müdafiə edir. Yəni bu ölkəyə hücum, ya da müharibə elanı birbaşa ABŞ və müttəfiqlərə müharibə deməkdir. Bundan başqa, İsrailin maliyyə gücü də Ankaranı çəkindirəcək faktordur.
Üçüncüsü, həm İsrail, həm də Türkiyə ABŞ üçün Yaxın Şərqdə mühüm strateji tərəfdaş və müttəfiqdir. İki müttəfiqin regionda müharibə həddinə gəlməsinə ABŞ heç bir halda icazə verməz.
Ankara və Təl-Əviv ən yaxşı halda Suriya uğrunda proksi müharibə apara bilər. Yəni İsrail ələviləri, kürdləri, druziləri mərkəzi hakimiyyətə qarşı ayaqlandıra, Türkiyə isə Əhməd əş-Şaraya dəstəyini artıra bilər. Lakin iki ölkənin klassik mənada müharibə etməsi mümkünsüzdür.
Trampın Ərdoğanı tərifləməsinə gəldikdə isə bu, kifayət qədər hiyləgər addımdır. Ümumiyyətlə, Trampın Ərdoğanın eqosuna fokuslandığı aydın görünür. Tramp Türkiyədə PKK-nı bitirməklə bağlı Ankaraya söz vermiş ola bilər. Amma Abdullah Öcalanla danışıqların başlanması öncəsində PKK-nın dolayı yolla Türkiyə siyasətinə nüfuz edib, parlamentdə yer alması kimi məsələlər diqqət çəkir. Bundan başqa, ABŞ Türkiyənin Suriyadakı PYD, YPG ilə bağlı narazılığını da bloklamağı bacarıb.
Məsələn, Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara həm yeni kabinetin tərkibində, həm də parlamentdə YPG/PYD-yə yer verdi. Qısası, ABŞ Türkiyə ilə gərginliyin mənasız olduğunu yaxşı dərk edir. Buna görə də yumşaq güc siyasətinə üstünlük verir. ABŞ Prezidenti Donald Trampın Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı dedikləri də bunu təsdiq edir.
Turan Rzayev
MİA.AZ
Zelenski: "Ukraynanın əsas təhlükəsizlik zəmanəti güclü ordudur"
Qalmaqallı məktəbə direktor təyin edilib
XİN: "Bu çətin gündə qardaş Sudan xalqının kədərini bölüşürük"
Oleq Bakinski bəraət istəyir
"Telegram"da artan dələduzluq halları araşdırılır
Deputat və jurnalistlər... - "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı
Sabah Sumqayıtda bu küçədə qaz olmayacaq
Geri çağırılan səfir kimdir? - Leyla Abdullayevanın yoldaşı...
Pambığa görə subsidiyalar artırıldı - QƏRAR
PREZİDENT BU ÖLKƏDƏKİ SƏFİRİ GERİ ÇAĞIRDI - Sərəncam
“Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar” - Şərurlu İsfəndiyar
İcra başçısının birinci müavini vəzifədən çıxarılıb
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
Nazir Vilayət Eyvazov 172 nəfəri qəbul edib - Polis olmaq istəyən 121 nəfər isə... (VİDEO)
Məni də tək yox, hamı ilə birlikdə saxlamışdılar" - Nadir Qafarzadə
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 41 nəfər saxlanıldı
Xalq artisti: "Sənin bədənini sevgilin, həyat yoldaşın görsün, lakin..." - “Qadın ifaçılar özlərini satılıq mal kimi səhnəyə çıxarırlar” (VİDEO)
Qəzzada aclıq: 24 saatda daha 3 nəfər ölüb
Qazaxıstanın xarici işlər naziri Çindən qayıdarkən saxlanılıb? - İddialara rəsmi reaksiya (YENİLƏNİB)
Afaq Bəşirqızının ordeni təqdim edildi - FOTOLAR
Prezident Yusif Səmədoğlu barədə sərəncam imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Şərurlu İsfəndiyarın məhkəmə prosesi keçirilib
Kolleclərə qəbul olunanların qeydiyyat tarixi açıqlanıb
"Kayserispor" yarımmüdafiəçi transfer edib
Bacısı oğluna işgəncə verən qadın həbs edildi
Bakıda məktəbdə qalmaqal: direktordan şikayətlənən müəllimlər işdən çıxarılıblar - VİDEO
"Trabzsonpor" Benjamin Buuari ilə anlaşıb
Səyyaf Aran: "Fikirləşdilər ki, bunlar uşaq-muşaqdırlar" - "Milli Məclisdə Qurban Qurbanovun namizədliyini irəli sürəcəyəm"
"Daha rüstəmlər ölməsin” - DİN sözçüsündən gənclərə çağırış
Erkin İbrahimov "Kəpəz"dən uzaqlaşdırılıb
Mərkəzi Bank vəzifəli şəxsi cərimələyib
Sabiq "Beşiktaş"lı "Feyenoord"a keçib
İcra başçısını telefonda söydü, 100 manat cərimələndi
Tunis Fransaya nota verdi - Ölüm işinə görə
Harvard universiteti Trampın qərarını ləğv etdirdi - Məhkəmə Prezidenti ifadə azadlığını və qanunu pozmaqda günahlandırdı
Azərbaycan neftinin qiyməti ucuzlaşıb - 1.37 dollar
"Fənərbağça" Luçano Spalletti ilə danışıqlar aparır