Şirvan Şəhər İcra Hakimiyyətinin kotirovka sorğuları ləğv edilib

Şirvan Şəhər İcra Hakimiyyətinin kotirovka sorğuları ləğv edilib

İQTİSADİYYAT

03.04.2025, 10:57

Şirvan Şəhər İcra Hakimiyyətinin bir sıra ləvazimatların alınması ilə bağlı elan etdiyi kotirovka sorğuları ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, Satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Alınacaq əşyalara pərdə, kağız, qovluq, mürəkkəb, sancaq, qələm, zibil qabı, lampa və s. daxil olub. Kotirovka sorğularının ümumi dəyəri 7 750 AZN olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR