Trampın Ukraynaya dair telefon diplomatiyası: nə gözlənilir?
YAZARLAR
13.02.2025, 09:35
Şahin CƏFƏRLİ
Politoloq
***
Putinlə telefon söhbətinin məzmunu barədə Trampın paylaşımından sonra müharibənin elə bu günlərdə dayandırılacağı, eyni zamanda Ukraynanın taleyinin Ukraynanın iştirakı olmadan müzakirə və həll ediləcəyi haqda təsəvvür və rəylər yarandı. Belə deyil.
Sadəcə olaraq, Tramp narsist mahiyyətinə uyğun olaraq, hər hansı problemin həllində öz rolunu şişirtməyə və sövdələşmələr əldə etmə sahəsindəki məharətini hər kəsə nümayiş etdirməyə ehtiyac duyan adamdır. Təsadüfi deyil ki, telefon danışıqlarından dərhal sonra Ağ Evdən açıqlama verildi ki, Tramp Putini və Rusiyanı rəqib kimi görür.
Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını, atəşkəsə nail olunmasını istəyir və bu mövqeyini Putinə bir daha çatdırıb. Peskovun dediyinə görə, Putin belə cavab verib ki, “konfliktin ilkin səbəblərini aradan qaldırmaq vacibdir”. (“Путин, со своей стороны, упомянул о необходимости устранения первопричин конфликта”). Yəni telefon danışığında müharibənin dərhal dayandırılmasına dair razılıq əldə olunmayıb.
Bu barədə daha əvvəl yazmışdım: Putin hesab edir ki, danışıqlar təkcə Ukrayna ilə məhdudlaşmamalıdır, ümumən “problemi doğuran ilkin səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır. Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. Moskva bu haqda rəsmi mövqeyini yazılı şəkildə 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etmişdi. Trampın bu gün elan etdiyi nümayəndə heyəti ilə Rusiya nümayəndə heyətinin görüşündə bütün bu məsələlər müzakirə olunacaq.
Bəs, Tramp niyə bu cür müzakirəyə razılıq verib?
Xatırlatmaq lazımdır ki, Bayden də Rusiya ilə bu mövzuda müzakirələrdən imtina etməmişdi. 2022-ci ilin yanvarında Cenevrədə iki ölkə nümayəndə heyətlərinin görüşü keçirilmiş və ABŞ tərəfi Rusiyanın ultimativ tələblərini qəbul etmədiyi üçün nəticəsiz bitmişdi. Ondan əvvəl isə CİA direktoru Berns və dövlət katibinin müavini Nuland Rusiyaya səfərlər etmişdilər.
Planlaşdırılan Tramp-Putin görüşündən əvvəl nümayəndə heyətləri arasında danışıqların aparılması Trampın o qədər də sevmədiyi diplomatik praktikaya və dövlət ənənələrinə uyğun davrandığını göstərir. Bu tip danışıqlar diplomatlar tərəfindən hazırlanır, müzakirələrin stenoqramı tutulur və dövlət arxivinə verilir. Yəni bağlı qapılar arxasında çox məxfi şəkildə alverlər aparılıb, hansısa paktlar bağlanmır. ABŞ tərəfdən görüşdə dövlət katibi Rubio, milli təhlükəsizlik müşaviri Uoltz, CİA direktoru Retkliff kimi geosiyasəti, beynəlxalq münasibətləri, o cümlədən Ukrayna müharibəsinin səbəblərini bilən insanlar iştirak edəcək. Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var.
Rusiya-ABŞ görüşündən əvvəl, Cümə günü (yəni sabah) ABŞ dövlət katibi Rubio və vitse-prezident Vens Münhendə Zelenski ilə görüşəcəklər. Bu, Ukraynanın taleyinin onun iştirakı və xəbəri olmadan həll edildiyini söyləməyə əsas vermir. Onu da qeyd etmək lazımdır ki, Ukraynanın faydalı qazıntı yataqlarının istismarı ilə bağlı iki ölkə arasında imzalanacaq sazişdən sonra ABŞ-ın Ukraynaya yardımları davam etdirəcəyi ehtimal olunur.
Təbii ki, mən Ukrayna üçün hər şeyin yaxşı getdiyini iddia etmirəm. Şübhəsiz ki, Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir. O, işğal altındakı ərazilərin qeyri-müəyyən müddətə Rusiyanın nəzarətində qalmasına razı olacaq. Bununla bağlı bir təhlükə də var ki, Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün işğaldakı ərazilərin bir hissəsinin (məsələn, Krım və Donbasın) Rusiya ərazisi kimi tanınmasını Zelenskidən tələb edə bilər. (Bunu bir ehtimal kimi yazıram, belə tələb olmaya da bilər). Amma Zelenski və ya hər hansı Ukrayna rəhbərinin ölkə Konstitusiyasına zidd olan belə bir məsələyə razılaşması mümkün deyil. Ukrayna indiki mərhələdə NATO üzvlüyündən də imtina etməli olacaq. Amma unutmaq olmaz ki, Bayden administrasiyası da Ukraynanın NATO üzvlüyünə razı deyildi. Ümumiyyətlə, hazırkı vəziyyətin yaranmasına görə məhz Bayden və demokratlar məsuliyyət daşıyır. Əgər 2014-cü ildəki hadisələrdən sonra NATO-ya üzvlüklə bağlı Ukraynaya tezləşdirilmiş qrafik verilsəydi, yaxud Ukrayna ciddi şəkildə silahlandırılsaydı, Rusiyanın 2022-ci ildəki xain hücumu baş verməyəcəkdi. 2014-cü ildə Krımın işğalı və ilhaqı zamanı da Bayden hakimiyyətdə idi - vitse-prezident qismində.
Hazırkı mərhələdə Ukrayna, prinsipcə, atəşkəsə razıdır – bir şərtlə ki, ölkə ərazisinin qalan 81%-lik hissəsinə etibarlı təhlükəsizlik zəmanəti verilsin. Bu halda Ukrayna öz müstəqilliyini, milli dövlətçiliyini qorumuş olacaq: yaxın günlərdə 3-cü ildönümü tamamlanacaq müharibədə təməl hədəf məhz bu idi.
Bəs, Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə nail olmadan müharibəni dayandırmağa razılıq verəcəkmi? Bunu görəcəyik.
P.S.Yazı müəllifin Feysbiuk hesabından götürülüb.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda 48 yaşlı qadın öldürülüb
Bugün, 13:03 KRİMİNAL
-
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bugün, 13:03 GÜNDƏM
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:56 CƏMİYYƏT
-
Ukraynada azərbaycanlı tələbə dron hücumunda həlak olub - VİDEO
Bugün, 12:23 GÜNDƏM
-
"Qəbələ" klubunda yeni məşqçi təyinatları olub
Bugün, 12:19 İDMAN
-
Qarabağ zonasında daha 1385,8 ha ərazi minalardan təmizlənib
Bugün, 12:06 CƏMİYYƏT
-
Kamran Əliyev: "Azərbaycanlılara qarşı müharibə cinayəti törətmiş şəxslərə layiqli cəzalar verilib"
Bugün, 11:49 GÜNDƏM
-
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Bugün, 11:30 GÜNDƏM
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
Bugün, 11:24 İQTİSADİYYAT
-
Aparıcı Lamiyyə Ələkbərova yeni layihədə!
Bugün, 11:24 PRESS
-
Nazir Fərid Əhmədov Nadir Zeynalovun fəaliyyətinə xitam verdi
Bugün, 11:16 GÜNDƏM
-
"Kurtlar vadisi"nın ssenaristini kim təhdid edib? - İllərlə saxlanılan sirr gün üzünə çıxdı
Bugün, 11:01 MƏDƏNİYYƏT
-
ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ (YENİLƏNİB)
Bugün, 10:57 GÜNDƏM
-
Prezident bir qrup prokurorluq işçisini təltif etdi - SİYAHI
Bugün, 10:31 GÜNDƏM
-
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - SƏRƏNCAM
Bugün, 10:30 GÜNDƏM
-
34 yaşlı şəxs öldürüldü - Ağstafada
Bugün, 10:17 KRİMİNAL
-
İmişli Şəkər Zavodunda yanğın olub
Bugün, 10:13 CƏMİYYƏT
-
"Əhmədzadəyə qarşı cinayət işi Ramiz Mehdiyevdən əvvəl açılsa da..." - "Messi də ona baş çəkməyə gəlmədi..."
Bugün, 10:01 SİYASƏT
-
Rəsul Quliyevın qızı: "Atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir" - "Allah bilən məsləhətdir, qismət olsa..."
Bugün, 09:42 SİYASƏT
-
UEFA Millətlər Liqası: 8 oyun oldu - Hansı komandalar qalib gəldi?
Bugün, 09:38 İDMAN
-
Nazir həbsxanaya girdi, HƏMAS rəsmisinə "səni öldürmək istəyirəm" dedi - "Burada sizə qarşı ağır şərtləri mən gətirmişəm"
Bugün, 09:38 DÜNYA
-
Müğənninin səhnə geyimi müzakirə yaratdı - FOTOLAR
Bugün, 09:27 ŞOU-BİZNES
-
"Bir şərtlə sədrliyə namizəd olaram ki..." - Kılıçdaroğlu 81 təşkilat sədrindən biət gözləyir
Bugün, 09:20 SİYASƏT
-
"Axı, niyə zülm verirsiniz sadə, zəhmətkeş insanlara?!" - Tanınmış jurnalist AYNA-nın tixac yaratmaq "planı"nı "topa tutdu"
Bugün, 09:13 CƏMİYYƏT
-
Ərbakanın müavini istefa verdi - Səbəbi belə izah etdi
Bugün, 09:09 SİYASƏT
-
“Nargin: Saralmış kədər” - Milli kimliyin yetkinləşməsi
Bugün, 09:00 MƏDƏNİYYƏT
-
Taylandın paytaxtında qorxu dolu anlar... - Minlərlə insan təxliyə edilib
Bugün, 08:32 DÜNYA
-
Roberto Mançini: "Matça çox fərqli taktika ilə çıxmayacağıq"
Bugün, 00:28 İDMAN
-
Kantenin fantastik maaşı "dodaq uçurtdu"
Bugün, 00:20 İDMAN
-
İran XİN başçısından Trampa "qiyamət" xəbərdarlığı: "Qiyamətə qədər müharibəyə hazırıq"
Bugün, 00:16 DÜNYA
-
"Fənərbağça" klubunun borcu açıqlandı - 27 milyard...
Bugün, 00:10 İDMAN
-
ABŞ Prezidenti: "İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm"
Bugün, 00:07 GÜNDƏM
-
Əziz Yıldırım: "Kassamızda 77 milyon avro var"
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT