Keçmiş "Qalatasaray"lı aktiv futbolla vidalaşdı - 41 yaşında

img

24-01-2025 [20:19]


Bir vaxtlar "Qalatasaray"ın formasını geyinən braziliyalı futbolçu Felipe Melo 41 yaşında aktiv futbolçu karyerası ilıə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun  özü bu gün açıqlama yayıb.

O, indiyədək oynadığı komandalara və onların azarkeşlərinə təşəkkür edib.

Xatırladaq ki, 41 yaşlı Felipe Melo futbolçu karyerasına Braziliyanın "Flamenqo" komandasında başlayıb. O, “Kruzeyro”, “Qremio”, “Malyorka”, “Rasinq Santander”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray”, “İnter”, “Palmeyras” və son olaraq “Fluminense”də forma geyinib.

Melo Braziliya Milli Komandasının heyətində də oynayıb. O, yığmanın heyətində 19 matça çıxıb və iki qol vurub.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR