İcra Hakimiyyəti 495 min manatlıq abadlıq işi gördürəcək

img

13-12-2024 [14:25]


Bakının Nəsimi rayonunda yollarda aparılacaq təmir işlərinə görə 495 768 manat xərclənəcək.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, rayon icra hakimiyyəti bununla bağlı "Koneks Construction" MMC ilə müqavilə bağlayıb.

Təmir işləri Səməd Vurğun küçəsini əhatə edəcək. 

Qeyd edək ki, Şirkət bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub. 

Xatırladaq ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hazırda deputatdır. Həmin vəzifəyə təyinat olmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA