Türkiyə klubu "Çelsi"nin hücumçusunu transfer edib

img

13-09-2024 [12:45]


Türkiyə Super Liqasında çıxış edən "Göztepe" "Çelsi"dən futbolçu transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ingilis komandasından hücumçu David Datro Fofananı bir il müddətinə icarəyə götürüb.

Məlumata görə, bazar dəyəri 12 milyon avro olan Fil Dişi Sahilinin hücumçusu ötən mövsümün ilk yarısını “Union Berlin”, ikinci yarısını isə “Bernli”də keçirib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:52 18.09.2024

Sabah yağış yağacaq