Rahib dələduz çıxdı - 650 min dollarlıq fırıldağın üstü açıldı

img

27-08-2024 [09:30]


ABŞ-da 650 min dollarlıq ianəni estetika və dəbdəbəyə xərcləyən din xadiminə cinayət işi açılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nyu Yorkda "Beyrutda xəstəxanalarım var" deyərək on minlərlə dollar ianə toplayan Fransiskan kilsəsinin keşişi olan Pavel Paul Bieleckinin bu pulu dəbdəbəyə xərclədiyi ortaya çıxıb. 

Məlumata görə, o, ianə adıyla toplanan ümumilikdə 650 min dollara yaxın pulu plastik əməliyyatlara, lüks restoranlara, ev alışına və turist səfərlərinə xərcləməkdə günahlandırılır: "Onu indi 40 il həbs cəzası gözləyir".

Lamyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA