"Qalatasaray" Fransada top qovan 21 yaşlı futbolçu ilə anlaşıb

img

18-07-2024 [19:09]


"Qalatasaray" axtardığı sağ cinah müdafiəçisini yenə Fransada tapıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  İstanbul klubu fransız Saşa Boeyidən sonra həmin cinahdakı "axsaqlığı"nı Fransanın "Renn" klubunda çıxış edən 21 yaşlı futbolçu Quela Due ilə dolduracaq.

Məlumata görə, "Qalatasaray" artıq klub və futboçu ilə razılığa gəlib: ""Qalatasaray"ın bu transfer üçün Fransa komandasına təxminən 6 milyon avro ödəyəcəyi gözlənilir. Müqavilədə performansla bağlı bonusların da yer alacağı müzakirə mövzusudur. Fil Dişi Sahili əsilli futbolçuya isə illik 2 milyon avro civarında maaş ödənilməsi planlanıb. Hazırda danışqılar yekunlaşmaq üzrədir"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb