Asim Mollazadə hələ də deputat olmağa can atır - Açıqlama

img

15-07-2024 [17:27]


Azərbaycan Milli Məclisinin VII çağırışa deputat olmaq istəyən şəxslərdən biri də Asim Mollazadədir. O, 1 sentyabr 2024-cü ildə keçiriləcək seçkilərdə təmsil olunmaq üçün partiyası ilə birlikdə prosesə ciddi hazırlaşdığını bildirib.

Mia.az xəbər verir ki, bu barədə Bizim.Media-ya özü açıqlama verib: “Yaxın günlərdə bizim partiyanın şurasının toplantısı olacaq, hazırlaşırıq. Orada bütün dairələri müəyyənləşdirəcəyik. Bütün təşviqat üsullarından istifadə etməyi düşünürük. Seçkidə hər zaman çətinliklər olur. Bu prosesin özü mürəkkəbdir. Ancaq bizim kifayət qədər təcrübəmiz var. Seçicilərin çoxunu şəxsən yaxşı tanıyırıq. Bizim onlarla əlaqələrimiz olub və əminəm ki, olacaq da...".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA