Kəşfiyyatdan dənizdə ABŞ bayraqlı gəmidə əməliyyat: xaricə qaçmağa çalışan FETÖ üzvləri saxlanılıb

Kəşfiyyatdan dənizdə ABŞ bayraqlı gəmidə əməliyyat: xaricə qaçmağa çalışan FETÖ üzvləri saxlanılıb

DÜNYA

15.07.2024, 00:16

Türkiyə kəşfiyyatı (MİT) Dəniz yolu ilə İzmirdən xaricə qaçmaq istəyən FETÖ-çüləri qandallayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT kəşfiyyat məlumatı nəticəsində  Çeşme Alaçatı körfəzindən yola düşən ABŞ bayraqlı "ASTERI" adlı yelkənli qayıqda əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı 8 FETÖ-çü tutulub: "FETÖ silahlı terror təşkilatının 8 üzvü Jandarma bölmələrinə təhvil verilib. Onlar ifadəsi alındıqdan sonra hakim qarşısıan çıxarılacaqlar...".

Xəbərdə o da deyilir ki, tutulanlardan Ö.B., M.K., A.Ç. və H.S.-nin vaxtilə Türkiyə Silahlı Qüvvələrindən xaric ediliblər, digər biri - A.K isə Cizrə Rayon Polis Şöbəsinin sabiq polis rəisi olub: "Qalan iki nəfər isə Yedikule Sinə Xəstəxanasında çalışıblar...".

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR