Rəsmi Bakıdan Paşinyanın "France 24”ə müsahibəsinə reaksiya: "Bu, sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır"
23-02-2024 [14:20]
"Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir: "Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır".
Vurğulanıb ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub: " Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq".
Domenico Tedesco: "Bu gün heç bir şansımız yox idi"
Avropa Liqası: "Fənərbağça" öz evində məğlub oldu
İstanbulda məşhur aktyorlara narkotik ittihamı: kimlər buraxıldı?
"Barselona" Markus Turama "elçi" düşüb - 80 milyon avro...
Aqşin Fatehin restoranı bağlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
5 ölkə Qəzzaya qoşun göndərəcək - Aralarınsda Qazaxıstan da var
"Azırbaycan Qəzzaya pul ayırmayıb" - Hikmət Hacıyev
Hakan Fidan Trampa belə dedi: "Hərbiçilər göndərməyə hazırıq"
Mansur Yavaş prezidentliyə ortaq namizəd olacaq? - "Haram tikə boğazımdan keçməyib"
"Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub - FOTOLAR
Konqodo qorxunc virus yayılır - Qəfil başağrısı və...
Tramp liderlərin qarşısında İrana 10 gün vaxt qoydu: "Bu müddətdə vəziyyət aydınlaşacaq, ya anlaşacaqlar, ya da..."
Ramazanın ikinci günü: imsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib
"Fənərbağça" Adem Yeşilyurtu heyətinə qatır
Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir
Xəzər dənizində zəlzələ olub
Kristjan Asllani: "Mən burada daimi qalmaq istəyirəm"
Kollegiyada iclas: daha iki vəkil cəzalandırıldı
MƏHKƏMƏ RUSLAN EYYUBOV BARƏDƏ YENİ QƏRAR VERDİ
"Liverpul" Maykl Oliseyə elçi düşüb
Tələbə necə direktor təyin edilib? - Agentliyin əmri sual yaradır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə Super Liqası: 23-cü həftə matçlarının saatları müəyyən olub
Okan Buruk "Konyaspor" matçının heyətini müəyyənləşdirir
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib - FOTOLAR
Cavanşir Həsənov Balakəndə dəfn olunub
U-20 millimizə yeni baş məşqçi təyin olunacaq
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verib - FOTOLAR
Bakıda əməliyyat: iki nəfər saxlanıldı
Şəhid Nail Dənziyev dəfn edilib
Yeni sədr keçmiş müavinə vəzifə verdi - AAYDA-da yüksək posta ilk təyinat oldu (FOTO)
Köməkçi deputatın onu döydürmədiyini deyir
Nazir onlara yüksək vəzifə verdi - SİYAHI
Daha bir gömrükçü qandallanıb - Qaçaqmalçılğa görə
Şəhid Azad Cəlilov dəfn edilib
Şəhid Mahir Quliyev dəfn edilib