İsrailli nazir: "Qəzzadakı dağıntılarla fəxr edirəm, 80 ildən sonra isə..."

img

22-02-2024 [11:45]


İsraildə nazir May Qolan sensasiyalı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qəzzadakı amansız savaşa haqq qazandırmaqla yetinməyib. Bildirib ki, Qəzza zolağındakı dağıntılarla fəxr edir: "Mən şəxsən Qəzzanın dağıdılması ilə fəxr edirəm. 80 ildən sonra da hər körpə yəhudilərin bu gün etdiklərini nəvələrinə fəxrlə danışacaq".

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bu günə qədər Qəzzadxa 30 mindən çox mülki insan ölüb, 70 minə yaxın yaralı var. Qəzzanın böyük hissəsi demək olar xarabalığa çevrilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR