Mədəniyyət Nazirliyindən diqqətçəkən tender: 2 kitabın nəşrinə 225 min manat xərclənəcək
MƏDƏNİYYƏT
29.01.2024, 15:44
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Banu” MMC (VÖEN – 1000212851) olub.
“Banu” MMC “Əsaslı Tikinti və Təchizat” MMC-nin sifarişi əsasında “İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış məzarlıqlar və uçurulmuş qəbir abidələri” və “Məhv edilmiş mədəni irs və dağıdılmış abidələr” layihələri çərçivəsində iki kitabın nəşrə hazırlanması xidmətlərini həyata keçirəcək.
İki kitabın nəşrə hazırlanmasına görə “Banu” MMC-yə 225 min manat ödəniləcək. Kitabların bu ilin sonuna kimi hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, tender müsabiqəsi dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib. Qalib şirkət bir mənbədən satınalma metodu ilə müəyyən edilib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu (https://e-qanun.az/framework/54966) təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və
sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin kitab nəşri ilə bağlı tender müsabiqəsinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.
Onu da bildirək ki, iki kitabı 225 min manata nəşrə hazırlayan “Banu” MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. MMC-nin nə rəsmi veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Daha əvvəl hansı sahədə fəaliyyət göstərdiyi də məlum deyil.
Vergilər Xidmətinin reyester məlumatlarında göstərilir ki, 2004-cü ildə dövlət qeydiyatına alınan və nizamnamə kapitalı 10 manat olan “Banu” MMC-nin hüqui ünvanı Səbail rayonu, Məmmədyarov, ev 29, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sarieh Deghatidir.
Məlumat üçün onu da bildirək ki, məşhur azərbaycanlı fotoqraf Reza Deghatinin bacısı Pəriçöhrə Deghati tətəfindən Bakıda “Banu” adlı moda evi yaradılıb. Sarieh Deghatinin rəhbərlik etdiyi “Banu” MMC ilə Reza Deghatin bacısı tərəfindən yaradılan moda evi arasında bənzər ad (“Banu”) və bənəzər soyaddan (Deghati) əlavə hansısa əlaqənin olub-olmadığı barədə məlumat yoxdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qrenlandiya parlamenti ABŞ-la "Strateji Təhlükəsizlik Sazişi"ni təsdiqlədi
Bugün, 00:28 DÜNYA
-
"Fənərbaxça" klubu fikrini dəyişdi - Baş məşqçi vəzifəsinə Əmrə Belözoğlu gətirildi
Bugün, 00:21 İDMAN
-
İran prezidenti: "Gərəkirsə, öz otağımdakı elektrik enerjisini də kəsərəm"
Bugün, 00:20 DÜNYA
-
Lukaku "partladı": "Burada rahat deyiləm"
Bugün, 00:11 İDMAN
-
İran: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
Bugün, 00:03 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Qalatasaray" 3 dəqiqəyə 2 qol atdı (YENİLƏNİB)
03.11.2026, 23:41 İDMAN
-
Gəncədə şok olay: 88 yaşlı qadın öldürülüb - 59 yaşlı bacısı oğlu saxlanıldı
03.11.2026, 22:35 GÜNDƏM
-
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi + VİDEO, FOTOLAR
03.11.2026, 22:17 MƏDƏNİYYƏT
-
Yeni icra başçısı birinci müavinini vəzifədən çıxardı - FOTO
03.11.2026, 20:45 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Real" Arda Güləri heyətə daxil etmədi
03.11.2026, 19:41 İDMAN
-
ABŞ İsrailə yardımı dayandırdı, İrana isə... - "Məqsədim çox insanı öldürmək deyil, amma məcbur olsaq, bunu etməli olacağıq"
03.11.2026, 19:00 GÜNDƏM
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi - Şok iddia ilə (YENİLƏNİB)
03.11.2026, 18:57 KRİMİNAL
-
İsraildən qalxan təyyarədə "bomba" anonsu qorxu saçdı
03.11.2026, 18:08 DÜNYA
-
ABŞ və İran yeni təklifləri dəyərləndirir - Qətərdən mühüm açıqlama
03.11.2026, 18:01 DÜNYA
-
İran ABŞ-ın iki dronunu vurub
03.11.2026, 17:57 DÜNYA
-
Ramiz Mehdiyevin qızı: "Atama dedim ki, bu vərəqi cır, at..." - "Həyat yoldaşım da yazılanlarla tanış olduqdan sonra..."
03.11.2026, 17:44 SİYASƏT
-
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
03.11.2026, 17:41 GÜNDƏM
-
İRAN NÜVƏ TƏHDİDİNƏ TƏHDİDLƏ CAVAB VERDİ: "Əlimiz bağlı deyil, qalmayacaq, heç kim də belə duracağımızı gözləməsin!"
03.11.2026, 17:39 GÜNDƏM
-
"Azercell"in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
03.11.2026, 17:25 CƏMİYYƏT
-
15300 manata "Hyundai ix-35", 9200 manata "Ford Transit"... - 67 maşın hərracda satıldı
03.11.2026, 17:16 İQTİSADİYYAT
-
DTX-dən xaricdə əməliyyat: separatçılıq və "terrora çağırış"la axtarışda olan Fetiyev ölkəyə gətirildi
03.11.2026, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
03.11.2026, 17:00 İQTİSADİYYAT
-
Əli Əsədov daha bir qərar imzalayıb
03.11.2026, 16:38 GÜNDƏM
-
RƏİSLƏR, İCRA BAŞÇISI, REKTOR... - Əli Əsədov bu şəxslərə hava limanında "yaşıl işıq" yandırdı
03.11.2026, 16:25 GÜNDƏM
-
PREZİDENT BU AGENTLİYƏ SƏDR TƏYİN ETDİ: Əsasnamə və struktur təsdiqləndi
03.11.2026, 16:13 GÜNDƏM
-
Əli Kərimli ilə müavini məhkəmədə: anket məlumatları dəqiqləşdi və...
03.11.2026, 15:36 SİYASƏT
-
Buxarest şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
03.11.2026, 15:27 SİYASƏT
-
Kremldən TDT-yə qatılma çağırşına reaksiya: "Məntiqlidir"
03.11.2026, 15:18 GÜNDƏM
-
AzTV-də dəyişiklik - Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifədən ayrıldı
03.11.2026, 15:07 PRESS
-
Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
03.11.2026, 14:59 KRİMİNAL
-
Futbol dünyası yasda! - Futbolçu qapıçı ilə toqquşduqdan sonra öldü + FOTOLAR
03.11.2026, 14:42 İDMAN
-
Tramp və Putin gəlir - Çində təhlükəsizlik ən üst səviyyəyə çıxarıldı, hətta restoran və qəssabxanalardakı bıçaqlar da zəncirlənib
03.11.2026, 14:36 DÜNYA
-
FƏLƏSTİN–KİPR GÖRÜŞÜ: HUMANİTAR DİPLOMATİYADAN REGİONAL SİYASİ MARAQLARA DOĞRU... - TƏHLİL
03.11.2026, 14:24 SİYASƏT
-
"WhatsApp"da saxta kampaniyalarla bağlı xəbərdarlıq: 100 manat məbləğində pul mükafatı...
03.11.2026, 14:08 CƏMİYYƏT