Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-09-2023 [00:06]
Qoç - günün ilk yarısı narahatlıq və nigaranlıqla bol olacaq. Səbəblər ciddidir. İşlərin gözləntilərinizə zidd olaraq cərəyan etdiyini görürsünüz. Yaxın ətrafınızdakı insanların mövqelərini nəzərə almayaraq planlarınıza təcili dəyişikliklər edin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Nəzərdə tutduğunuz işlər alınacaq. Gərəkli sonuclar əldə etmək üçün ifrat səylərə heç bir zərurət yoxdur. Axşam saatlarında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Sevdiyiniz insana hədiyyə verə bilərsiniz.
Buğa - planlarınızı müəyyənləşdiribsinizsə, yaxşı gündür. Nəzərdə tutduğunuz işləri tələsmədən, bütün nüansları nəzərə alaraq həyata keçirin. Yeni maraqlar və məqsədlər peyda olur. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Adi günlərlə müqayisədə işlər daha çox olsa belə, ruhdan düşməyin.
Günün ikinci yarısında qüvvənizi, pulunuzu, enerjinizi məntiqlə sərf edin.
Soyuqqanlı olun. Dostlarla görüş sevindirəcək. Saxtakarlıq etməyə dəyməz. Özünüz olun və hədəflərə çatmaq üçün ciddi şəkildə çalışın.
Əkizlər - həftənin ən ağır və mürəkkəb günlərindən biridir. Həddən artıq ehtiyatlı olun. Hətta ən kiçik səhvlərə yol verməməyə çalışın. Detallara və təfərrüatlara diqqət tələb edən mühüm işləri yerinə yetirəndə sərvaxt davranın.
Günün ikinci yarısında əhəmiyyətli anlaşma və ya layihəni ertələyin. Sənədləşdirmə ilə məşğul olmaq, məmurlarla görüşmək məsləhət deyil.
Yaxınlarınızla münasibətlərin rəvan və harmonik olmasına çalışın. Bir qədər səy göstərsəniz, diskussiya və müzakirələr konstruktiv məcrada cərəyan edəcək. Sərt danışmayın. İncik düşmüşləri barışdırın, kəskin məsələlərlə hövsələli olun. Mentorluq etməyin.
Xərçəng - günün ilk yarısında sizi maraqlı işlər gözləyir. Ən yaxşı məziyyətlərinizi, bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar peşəkarlıq səviyyənizə şübhə etməyəcəklər. Daha təcrübəli insanların məsləhətlərindən yararlanmağa çalışın.
Günün ikinci yarısı təşkilati məsələlərin həlli, inzibati fəaliyyət üçün sərfəlidir. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq. Hadisələrin inkişaf məcrası sizdən asılıdır. Taktika və strategiyanı yeniləyin. Gələcəklə bağlı planlar qurun. Axşam saatlarında normal istirahət edin.
Şir - günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.
Günün ikinci yarısında diqqət mərkəzində olmayın, bir müddət kölgəyə çəkilin. Təmasları məhdudlaşdırın. Ən yaxın insanların yardımlarına bel bağlaya bilərsiniz. Yeni tanışlara isə inanmayın.
Qız - uğurlu gündür. Yaşanacaq hadisələrdə xeyir var. Ətrafınızdakı vurnuxma və qarışıqlığa rəğmən irəliləyişə nail ola bilərsiniz. Sakit olun, soyuqqanlı davranın. Təxribatlara uymayın.
Rəqiblərlə bədxahların məkrli tələsinə düşməyin, fitnəsinə aldanmayın. Yaşamınızda müsbət dəyişikliyə səbəb ola biləcək qərarı təxirə salmayın.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətləri rəvan və harmonik edin. Dostlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlıqlar maraqlı, qeyri-adi olacaq. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - məqsədə aparan yolda qarşınızı müəmmalı sədlər və maneələr kəsməyəcək. Bununla belə, müəyyən çətinliklər istisna deyil. Nə qədər aktiv və enerjili olsanız, bir o qədər yaxşıdır. Tələsik qəbul edilən qərarlar ilk baxışdan normal təsir bağışlaya bilər. Lakin az sonra önəmli nüansları diqqətdən qaçırdığınızı anlayacaqsınız.
Günün ikinci yarısında işgüzar danışıqlarda süst davranmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və səmimi olmağa çalışın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Əqrəb - kiçik anlaşılmazlıqlar, problemlər, ixtilaflar istisna deyil. Onların ciddi fəsadları olmasa da, əhvalınızı korlayacaq. Vaxtınızı yaxın ətrafınızdakı düşmən axtarışlarına sərf etməyin. Bir qədər əvvəl qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.
Günün ikinci yarısı birgə layihələr və əməkdaşlıq üçün sərfəli deyil. Təkbaşına işləyin, müstəqil fəaliyyət göstərin.
Zamanın sınağından keçən əlaqələrə dəyər verin. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Romantik görüşlər pis keçməyəcək.
Oxatan - yeni işlərə ehtiyatla başlayın. Nüfuzlu şəxsdən və ya sınanmış müttəfiqdən dəstək almadan yeni layihəyə başlamayın. İşdə həmkarlarla mübahisə etməyin. Rəhbərliklə münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanlar qərarlarınıza çox tənqidi yanaşırlar. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq.
Səhhətinizdə problemlər istisna deyil. Problemlər yorğunluq yarada bilər. Yorucu proseslərdən, ağır fiziki işdən imtina edin. Ailə üzvləri ilə təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikaytələnməyin.
Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər. Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar. Yolda çox vaxt keçirməyin.
Dolça - əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.
Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq. Günün ikinci yarısında alış-veriş uğursuz olacaq. Yaxınlarınızın dəstəyi çox mühümdür. Məhz onların sayəsində ruh düşkünlüyünə qapılmayacaq, yaxşı əhval-ruhiyyədə olacaqsınız. Ev işləri sizi pessimizmdən qurtara bilər. Mənasız və əsassız əndişələrə qapılmayın.
Milli.Az
Kənan Əsədov Aparat rəhbəri təyin olunub - FOTO
Türkiyə futbolunda qumar: 489 nəfər cəzalandırılıb
Mert Günok "Fənərbağça" ilə müqavilə bağladı - 2.5 il müddətinə
Hələbdə döyüş davam edir - 7 nəfər ölüb, 52 yaralı var
APARAT RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLİB - Sərəncam
Əli Əsədov təhsillə bağlı qərar imzaladı - Detallar
İsrail Qəzzaya zərbə endirib - 4 nəfər ölüb
QARABAĞA YENİ KÖÇ BAŞLAYIR
Zabrat maşınqayırma zavodu özəlləşdirilib
"Azərişıq" ASC-nin rəhbəri növbəti təyinatlara imza atıb - Vüqar Əhmədov kimlrə vəzifə verdi? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TİKİNTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - İcazələr dərhal...
Sabah qar yağacaq - Xəbərdarlıq
Lalə Şövkətin bacısı oğlu qəfil vəfat edib - FOTO
Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlanıb
Məhkəmə hərbi ekspertlə bağlı qərar verib
Suriya ordusu Hələbdə kürd silahlılarına zərbə endirir: "Silahı yerə qoyun, yoxsa..." (Yenilənib)
Rasim Məmmədov azadlığa çıxmaq istəyir
Vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - İzahat
Məşhur müğənninin qanında narkotik üzə çıxdı
"Azərişıq" ASC-nin İdarə rəisi vəzifə azad edilib - Yeni təyinat
Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub
Bərdədə silah satmaq istəyən iki nəfər tutulub
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir - Paşinyan açıqladı
"Fənərbağça"nın qolkiperi "Kasımpaşa"ya transfer olunub
Rusiyada vertolyot qəzaya uğrayıb - Ölənlər var
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? - ARAŞDIRMA
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Məşhur reper Elşad Xose həbs olunub - Söyüşə görə
25 min qızıl gül, 25 min Xrizantema, 40 min Primula... - Bakı Yaşıllaşdırma İdarəsi gül alır
Sabah qar yağacaq - Hava proqnozu
İlham Əliyev Külək Elektrik Stansiyasının rəsmi açılışında mühim mesajlar verdi - TAM MƏTN, FOTOLAR
ABŞ sərhədə hasar çəkir - 804 kilometr uzunluğunda
"Bloger" saxlanıldı - 16 min manatlıq dələduzluq
Deputat: “Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib” - VİDEO
Şəhriyar 3 milyon, Teymur 2 milyona yaxın pul qazanıb
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
DİN başçısı: "Maduro ayağından, arvadı başından yaralanıb" - Əməliyyatda 100 nəfər öldürülüb, 100-dən çox yaralı var
ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altı nəfər yaralanıb
Arvadına mesaj yazanı əvvəl zorlayıblar, sonra isə üzr istəyiblər... - Lənkəranda kuryoz hadisə
Baş Prokurorluq vergi müfəttişinin əməli barədə açıqlama yaydı
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə narkotik və silah satmaq istəyən keçmiş məhkum saxlanılıb