Xətaidə qətl: 46 yaşlı kişi arvadını çoxsaylı bıçaq zərbələri ilə öldürdü (Yenilənib)

Xətaidə qətl: 46 yaşlı kişi arvadını çoxsaylı bıçaq zərbələri ilə öldürdü (Yenilənib)

KRİMİNAL

07.12.2022, 19:10

Bakıda qadının qətli ilə bağlı cinayət işi açılıb.

Mia.az Baş Prokurorluğa istinadla xəbər vErir ki, Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

Bakının Xətai rayonunda qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə şübhəli bilinir.

DFaktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR