Türkiyədə tanınmış iş adamına "xərac" kəsmək istəyən "çirkinlər" qandallanır - 8 nəfər tutulub

Türkiyədə tanınmış iş adamına \"xərac\" kəsmək istəyən \"çirkinlər\" qandallanır - 8 nəfər tutulub

KRİMİNAL

03.11.2026, 09:14

Türkiyədə tanınmış iş adamı Nevzat Aydın "Trabzonspor" - "Beşiktaş" matçında oğlunun rəsmi mərasimdə görünməsindən sonra kriminal dəstələrin "radar"ına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Çirkinlər"a adı verilən kriminal dəstə ondan nə az, nə çox, düz bir milyon avro "xərac" istəyib.

İddiaya görə, dəstə üzvü olduğu deyilən K.A ad-soyadlı biri +30-la başlayan yunan kodlu telefon nömrəsiylə iş adamına zəng edərək "Ya pulu verəcəksən, ya da oğlunu aradan götürəcəyik" deyə onu təhdid edib: "İş adamı isə təhdidə boyun əyməyib və o, polisə şikayət edib. Şikayətdən sonra özünü "Çirkinlər" cinayətkar təşkilatının liderlərindən biri kimi təqdim edən K.A. və daha 7 nəfər iki xüsusi əməliyyatla tutulublar. Onların ev və maşınlarında axtarış zamanı 4 tapança, 175 patron və 900 narkotik həbi müsadirə edilib. istintaq davam edir".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR