Dünya çempionatı: Azərbaycanın yığması Portuqaliya ilə "döyüşəcək"

Dünya çempionatı: Azərbaycanın yığması Portuqaliya ilə "döyüşəcək"

İDMAN

29.06.2022, 13:40

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığma bu raundda Portuqaliya ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR