Rasim Balayev Mirbala Səlimliyə vəzifə verdi

img

23-06-2022 [15:32]


Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev qurumun katibliyinin tərkibini təsdiq edib.

AKİ-dən verilən məlumata görə, sədr ictimai birliyin nizamnaməsinin 6.12-ci maddəsinə əsaslanaraq bu addımı atıb.

Katibliyin əvvəlki tərkibi saxlanılıb, rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Qeyd edək ki, İdarə Heyətinin katibliyinin tərkibində Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli təmsil olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA