İstanbulda silahlı insidentdə yaralanan azərbaycanlı aktyor vəfat edib

img

26-05-2022 [16:22]


Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident zamanı ağır xəsarət alan azərbaycanlı aktyor Kamran Dadaşzadə ölüb.

NTV telekanalı xəbər verir ki, o, müalicə aldığı Cərrahpaşa xəstəxanasında keçinib/APA.

Qeyd edək ki, mayın 23-də İstanbulun Fatih rayonunda atışma zamanı güllələrdən biri Kamran Dadaşzadənin baş nahiyəsinə tuş gəlib.

Xatırladaq ki, Kamran Dadaşzadə Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” və “Servet” seriallarında çəkilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:04 14.08.2022

XIN-dən Pakistana - Mesaj