Əli Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasında: "Ermənistan beş əsas prinsipi qəbul edib" - FOTO

img

20-05-2022 [15:46]


Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib.

O, çıxışında diqqəti regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib.

Əli Əsədov münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib: "Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.

Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA