Zorlama, işgəncə və... - Mariupoldan qaçanlar nə deyir?
05-05-2022 [11:27]
Ukraynanın cənub-şərqindəki liman şəhəri Mariupol həftələrlə davam edən bombardmandan sonra demək olar ki, tamamilə Rusiyanın nəzarətinə keçib. Şəhərdən qaça bilmiş insanlar təxliyədən əvvəl saxlandıqları düşərgədə vəziyyətin çox pis olduğunu deyirlər.
Bu barədə BBC Azərbaycan-ın hazırladığı materialda bildirilir.
Qeyd edilir ki, Oleksandr və Olena keçən həftə Mariupoldan qaça bilmiş az sayda insanlardandır. Ukrayna hərbçilərinin olduğu “Azovstal” polad zavodunun ərazisi istisna olmaqla, Mariupol, demək olar ki, tamamən Rusiyanın nəzarətindədir və faktiki olaraq ətraf dünyadan təcrid olunub.
Təxminlərə görə, şəhərdə 100 min insan qalıb. Onların hansı şəraitdə yaşamasıyla bağlı məlumat azdır və bunu müstəqil şəkildə təsbit etmək çətindir.
Ukraynanın qərbindəki nisbətən təhlükəsiz Lvov şəhərinə gəlmiş cütlük fasiləsiz olaraq bombardman edilən Mariupolda sağ qala bilib. Rusiyanın mülki şəxsləri saxlamaq üçün bu şəhərdən bir qədər kənarda yaratdığı “filtrasiya düşərgəsində” onların başına gələnlər tükürpədicidir.
Oleksandr və Olenanı Mariupolun şimal-qərbindəki Nikolske kəndində – köhnə məktəb binasında yaradılmış qaçqınlar mərkəzinə aparıblar.
“Düşərgə əsl həbs düşərgəsi kimiydi”, – 49 yaşlı Oleksandr deyir.
Orda həm onun, həm arvadının barmaq izlərini götürüblər, hər yöndən fotoşəkillərini çəkiblər və “həbsxanadakı kimi” bir neçə saat sorğu-sual ediblər. Daha əvvəl Oleksandr və Olena rusiyalı hərbçilərin yoxlayacağından ehtiyat edərək telefonlarından Ukraynaya aid hər şeyi, o cümlədən, qızlarının Ukrayna bayrağı fonundakı fotolarını siliblərmiş.
Təxminləri doğru çıxıb. Oleksandr deyir ki, onun jurnalistlər, hökumət nümayəndələri və ya hərbçilərlə əlaqəsi olub-olmadığını öyrənmək üçün telefonundakı şəkilləri və nömrələri araşdırıblar:
“Kiminsə “ukraynalı nasist” olmasından şübhələnirlərsə, onu daha çox sorğu-suala çəkirlər və cinayət işi açmaq üçün Donetskə aparırlar. Vəziyyət çox təhlükəli və riskliydi. Ən kiçik bir şübhəyə və ya etiraza görə sorğu-sual və işgəncə üçün zirzəmiyə salırdılar. Hamı Donetskə aparılmaqdan qorxurdu”.
Düşərgədə Oleksandr və Olenaya ordan qaçmaq üçün kömək təklif edənlər olub. Ancaq cütlük bunu deyənlərin rusiyalılarla əlbir olmasından ehtiyat edib. Nəhayət, təxliyə siyahısına onların da adı yazılıb. Lakin problemlər bitməyib.
Olen deyir ki, “Filtrasiya düşərgələrində vəziyyətin nə qədər dəhşətli olduğunu təsəvvür belə edə bilməzsiniz. Yaşlı adamlar dəhlizdə, yorğan-döşəksiz yatırdılar. Minlərlə insan üçün sadəcə bir tualet, bir əl-üz yuyan vardı. Az sonra dizenteriya yayılmağa başladı. Yuyunmaq, özünü təmizləmək mümkün deyildi. Hər yerdən üfunət iyi gəlirdi”.
Düşərgəyə gətiriləndən bir gün sonra cütlüyün sabunu və dezinfeksiya vasitələri qurtarıb, bir neçə gün sonrasa tualet kağızı və gigiyena bezləri də tükənib.
Sorğu-sual bitəndən sonra cütlüyə 148-ci təxliyə avtobusuna minməyə icazə verilib. Amma bir həftə sonra cəmi 20 avtobus qalıb. Orda Rusiyaya gedən avtobuslar da olub, həm də çox sayda. Düşərgədəki rəsmilər Olena və Oleksandrı şərqə gedən bir avtomobilə də mindirməyə çalışıblar. Ona görə cütlük ilk günlərdə onlara qaçmaq üçün yardım təklif etmiş şəxsdən kömək istəmək məcburiyyətində qalıblar.
“Başqa seçim yoxdur. Ya zorla Rusiyaya aparılmaq, ya da şəxsi maşınlarını təklif edən adamlara etibar etmək. Avtobusların çoxu Ukrayna əvəzinə Rusiyaya gedir. Müharibə başlayandan sonra mülki əhalinin təxliyəsinə heç bir şəkildə icazə vermədilər. Bunu dinc sakinləri öldürmək əmrinin verilməsi kimi qəbul edə bilərik”, – Mariupolun bələdiyyə sədri Vadim Boyçenko bildirir.
Olena danışır ki, Rusiya hərbçilərinə təqdim etmək üçün lazımi sənədləri olmadığından sürücü onları Rusiyanın nəzarətindəki Berdyansk şəhərinə torpaq yollarla, nəzarət məntəqələrinin arxasındakı dar yollarla aparıb.
Daha sonra cütlük Ukraynanın nəzarətindəki ərazilərə keçmək məqsədilə riskə getməyə hazır olan başqa bir sürücüylə əlaqə yaratmağa çalışıb və buna üç gün sərf edib. Ardınca Olena və Oleksandr Rusiya hərbçilərinin 12 nəzarət postunu keçib Zaporojyeyə, ordan da gecə qatarıyla Lvova gediblər. Həmin gün o şəhərə gedənlər arasında Valentina və Yevgeni də olub. Onlar da keçən həftə Mariupoldan qaça biliblər. Cütlük bir maşına minib Ukraynanın qərbindəki kiçik bir şəhərə yollanmağı planlaşdırıb.
58 yaşlı Valentina deyir ki, bəlkə də yaşlarına və ərinin fiziki qüsuruna görə filtrasiya düşərgəsində onların yoxlanışı uzun sürməyib, amma ordakı gənclərin vəziyyəti çox pisdir:
“Filtrasiya düşərgəsi getto kimidir. Rusiya hərbçiləri insanları qruplara ayırırlar. Ukrayna ordusuyla əlaqəli olması şübhəsi doğuranlar, ölkəsini müdafiə edənlər, jurnalistlər və dövlət işçiləri təhlükəli qrupdadırlar. Bu insanları Donetskdəki həbsxanalara aparırlar və orda işgəncə verirlər”.
Cütlüyün sözlərinə görə, filtrasiya düşərgələrində saxlananların çoxunu Rusiyaya göndərirlər. Olena və Oleksandr kimi, onlar da sürücüləri sayəsində qaça bildiklərini vurğulayırlar.
“Ukraynalı hərbçiləri və Ukrayna bayrağını görəndə, ukraynca danışıldığını eşidəndə avtobusdakıların hamısı ağlamağa başladı”, – Valentina belə deyir.
Mühasirədə yaşamaq
Qaçmazdan əvvəl bu insanlar Mariupolda həftələrlə mühasirə şəraitində yaşayıblar. Rusiya hərbi qüvvələri şəhəri bombalayaraq küçə-küçə irəliləyiblər. Orda baş verənlərin detalları Valentina, Oleksandr və Olena kimi Mariupoldan qaça bilmiş şəxslərin mətbuata açıqlamaları sayəsində bilinməyə başlayıb.
Əhalinin böyük əksəriyyəti içməli su və ərzaq qıtlığından əziyyət çəkib. Oleksandr və Olena bir restoranın zirzəmisinə sığınıblar və ordakı konservlər sayəsində sağ qala biliblər. Amma içməli suları olmayıb. Oleksandr su yığmaq üçün çöldəki quyulara tərəf necə qaçdığını təsvir edir:
“Bu, çox təhlükəliydi, çünki ruslar dayanmadan atırdılar. Bizi kombinin suyu xilas etdi. Evakuasiya üçün zirzəmidən çıxanda qazanımızdakı su da bitmişdi”.
Valentina və Yevgeni yemək tapmağın çətinliyindən danışırlar, deyirlər ki, insanlar müharibədən əvvəlki ehtiyatlarıyla – bağlarında yetişmiş bir neçə kartofla, yarmalarla, konservlərlə dolanıblar; özlərində olanları həm də qonşularıyla bölüşüblər. Təhlükəli olduğu üçün quyudan su götürməyə getməyiblər. Qar yağanda seviniblər, onu əridib suya çeviriblər.
Valentina Çeçenistan hərbçilərinə nifrət edir. Məlumatlara görə, onlar müharibənin əvvəlindən Ukraynada döyüşürlər və Mariupolun mühasirəyə alınmasında yaxından iştirak ediblər.
Valentina çeçen döyüşçüləri qadın və uşaqları zorlamaqda ittiham edir:
“Onlarla cinsi əlaqədə olmaq istəməyən qızları və qadınları öldürdülər. İnsanların bu qədər vəhşi ola bilməsinə mat qalıram. Nə insanlıqları var, nə mərhəmətləri”.
Valentina və Yevgeni şəhərin şimal hissəsindəki sığınacaqlarda gizləndikləri üçün sağ qaldıqlarını deyirlər. Amma bombardmanların birində o ərazi də dağıdılıb. Yevgeni beyin sarsıntısı keçirib, bunun nəticəsində onda eşitmə problemi yaranıb. Həmin gün cütlüyün qonşusu da ağır yaralanıb.
Qaçmağı qərarlaşdırana qədər onlar müxtəlif sığınacaqlarda qalıblar. Şəhərdən çıxanda isə Rusiyanın bombardmanı nəticəsində yaranmış dağıntıları görüblər.
“Mən tamamən dağıdılmış, yanmış boş binalar gördüm. Çoxlu cəsəd gördüm. Şəhər artıq yoxdur, hətta divarları da qalmayıb. Nəhəng xarabalığa çevrilib. Zorakılığın bu boydasını qətiyyən təsəvvür edə bilməzdim”, – Valentina deyir.
Hər iki cütlük Rusiyanın hücumundan sonra Ukraynanın müqavimət və iztirablarının simvoluna çevrilmiş Mariupoldan qaça bilib. Onlar münaqişə nəticəsində didərgin düşmüş 11 milyon ukraynalıdan yalnız dördüdür və indi qeyri-müəyyən bir gələcəklə üz-üzədirlər.
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq