“OBA” “Sənin ideyan dəstəklənir” adı altında Startap layihəsinə başlayır
23-09-2025 [14:28]
"OBA" marketlər şəbəkəsi innovasiyanın və startapların inkişafına dəstək məqsədilə "SİD" (Startap, İnnovasiya və Dəstək) layihəsini təqdim edir.
Mia.az xəbər verir ki, bu layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramıdır və daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. "SİD" layihəsi ideyaların ilkin mərhələdə dəstəklənərək böyüdülməsini özündə əks etdirir. Layihə "Sənin İdeyan Dəstəklənir" şüarı ilə yaradıcı təşəbbüslərin inkişafını təmin edir. Proqram daxilində "OBA" marketlər şəbəkəsinin əməliyyatlarını optimallaşdıracaq innovativ həllər hazırlanması nəzərdə tutulub. Eyni zamanda layihə Azərbaycan startap ekosisteminin inkişafına mühüm töhfə verir.
Layihə iki əsas istiqaməti əhatə edir: Daxili proqram – OBA Intrapreneurship və Xarici proqram – İnnovativ Həllər Marafonu. Daxili proqramda şirkət əməkdaşları üçün nəzərdə tutulmuş bu istiqamət daxili ideyaların inkişafı və reallaşdırılması üçün platforma yaradır. Xarici proqram, yəni İnnovativ Həllər Marafonu şirkət xaricindən startap komandaları, mütəxəssislər və yaradıcı fərdlər üçün təşkil edilən açıq müsabiqədir. Burada real biznes problemlərinə tətbiq edilə bilən texnoloji və yaradıcı həllər təklif olunur. İştirakçılar öz layihələrini münsiflər qarşısında təqdim edir və ən yaxşı həllər mükafat qazanır.
Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar keçirilir. Layihənin əsas qiymətləndirmə kriteriyaları problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıqdır. Ümumilikdə 10 min manat məbləğində mükafat fondu nəzərdə tutulub.
"SİD" layihəsi şirkətin innovasiya mədəniyyətini gücləndirir və əməkdaşların yaradıcı potensialını üzə çıxarır. Bu təşəbbüs "OBA" marketlər şəbəkəsini regionda innovasiya yönümlü biznes mərkəzinə çevirməyi hədəfləyir. Layihə həmçinin yeni tərəfdaşlıq və əməkdaşlıq imkanları yaradılmasında əhəmiyyətli rola malikdir.
Layihə ilə bağlı ətraflı məlumat üçün sayta keçid edə bilərsiniz: https://startup.oba.com.az/
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub