Ruben Vardanyan Bakıda məhkəmədə: zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
23-09-2025 [17:50]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
İfadə verən zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdə düşmənin təxribatı nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı bir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərin yaralandığını deyib.
Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsi zamanı düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında sanitar avtomobilin üzərində fərqlənmə nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını bildirib. Hadisə zamanı yanında olmuş digər şəxslər də yaralanıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Nemət Abdullayev Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Bəxtiyar Səmədli isə Xankəndidə düşmənin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib.
Ağahüseyn Hacıyev Xankəndidə düşmənin açdığı atəş nəticəsində özünün, Tərlan Cabbarovun və Sadiq Qasımlının yaralandığını bildirib.
Məhəmməd Hüseynov ifadəsində Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində xəsarət aldığını bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı Vaqif Salmanovun və Əli Mustafayevin də yaralandıqlarını deyib.
Fərid İmaməliyev ifadəsində Xocavənd rayonu istiqamətində düşmən atəşi nəticəsində xəsarət aldığını bildirib. Əlavə edib ki, hadisə zamanı yanında Əvəz Abbasov həlak olub, bir neçə nəfər isə yaralanıb.
Çingiz Paşayev ifadəsində Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
İlyas Mehdiyev Xocavənddə düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ramal Rüstəmov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını deyib.
İfadə verən Nəcəfəli Mövsümov Xocalı, Ramiz Süleymanov və Şahin Cəbiyev Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.
Ceyhun Həsənov Laçında qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını bildirib.
İfadə verən Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədov düşmən təxribatı nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını deyiblər.
Musa Orucov ifadəsində Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.
Tural Quliyev Ağdamda düşmən təxribatı nəticəsində yaralandığını bildirib.
Mahirəddin Namazov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Hadisə zamanı bir neçə nəfər həlak olub, bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.
Sənan Fərzəliyev Laçında idarə etdiyi avtomobilin qarşı tərəfin atəşi nəticəsində xəsarət aldığını deyib. Hadisə zamanı yaxınlığında olan bir neçə nəfər isə yaralanıb.
Murad Hacıyev Laçın rayonu ərazisində olan zaman düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Yaqubəli Səfərov Xankəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Hadisə zamanı yaxınlıqda olan bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.
Cavanşir Xəlilov bildirib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində özü və yanında olan bir neçə nəfər yaralanıb.
Nemət Nuri Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib.
Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov, Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə, Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov, Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov və Kamran Kazımov ifadələrində suveren ərazilərimizin müxtəlif istiqamətlərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.
Toğrul Hümbətzadə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Əlavə edib ki, hadisə zamanı ondan başqa daha bir neçə nəfər xəsarət alıb.
Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev Ağdərə istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.
Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur(Azertac).
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq