Şahin Mustafayev İranda - Əli Laricani ilə nələr müzakirə olunub?

img

23-09-2025 [10:59]


İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA