Baş Prokurorluqda yeni təyinatlar olub

Baş Prokurorluqda yeni təyinatlar olub

CƏMİYYƏT

23.09.2025, 15:41

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.

Məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idatənin rəis müavini vəzifəsinə təyinat alıb.

Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.

P. Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub(Teleqraf).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR