“Bakubus” avtobusunda qızlar əlbəyaxa olub - VİDEO

img

23-09-2025 [16:53]


“Bakubus” avtobusunda sərnişinlər arasında dava olub.

Hadisənin Xətai rayonu ərazisində baş verdiyi iddia edilir.

Sosial şəbəkələrdə yayılan videodan da görünür ki, iki gənc qız arasında mübahisə əlbəyaxa davaya çevrilib.

Hadisə ilə bağlı “BakuBus” MMC-dən saytımıza bildirilib ki, bu kimi hallarda sürücülərə qanunvericiliyin tələblərinə əsasən “102” xidmətinə məlumat vermələri ilə bağlı müvafiq təlimatlar verilir: “Eyni zamanda sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət edərək digər sərnişinlərə və yol hərəkəti iştirakçılarına hörmətlə yanaşmalarını xahiş edirik”.

Sözügedən görüntüləri təqdim edirik:

Qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA