Şaiq Mirzəyev vəzifədən azad olunub - Rəsmi açıqlama yayıldı

img

23-09-2025 [14:55]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri Şaiq Mirzəyev vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan məlumat verilib.

Bildirilib ki, Ş.Mirzəyevlə əmək müqaviləsinə cari ilin sentyabr 15-də xitam verilib.

Qeyd edək ki, Ş.Mirzəyev Vəkillər Kollegiyasının üzvüdür. O, Mirzəyev və Partnyorları Vəkil Bürosunun rəhbəridir.

Onu da qeyd edək ki, Ş.Mirzəyev bir neçə gün əvvəl həbs olunan Adnan Əhmədzadənin vəkilidir.

Bu gün onun ƏƏSMN-də işləməsi barədə xəbərlər yayılıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA