Zərdabda ağır qəza: bir nəfər öldü, 5 yaralı var

img

03-01-2022 [18:04]


Zərdab rayonunda bir ailənin altı üzvü qəzaya düşüb, qadın ölüb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA