Bakı sakini qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb

img

18-06-2021 [13:05]


Bakı sakini qadını şantaj edərək pul tələb edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR