Zaur Axundov daha bir şirkət yaradıb

Zaur Axundov daha bir şirkət yaradıb

İQTİSADİYYAT

02.03.2021, 10:18

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirlik xəbər verir ki, yeni şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.

Xatırladaq ki, sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, eləcə də "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan "Səmayə Co LTD" MMC fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR