Özil "Fənərbağça"dan 3 milyon avro maaş alacaq

img

25-01-2021 [17:25]


Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Mia.az xəbər verir ki, klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.

Özilin məvacibini sabiq klubu "Arsenal" ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

Qeyd edək ki, "Fənərbağça" Mesut Özilin imza mərasimini yanvarın 27-də təqdim edəcəyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA